Escape the Mob

"Go Team" tətbiqinə əsaslanan əyləncəli qaçış oyunu

1 - 2 saat
Qapalı məkanda və açıq havada
Rəqabətcil / Kollektiv
12 - Limitsiz

Haqqında

"Escape the Mob" komandalara onların mükəmməl planlanmış oğurluq hadisəsi ilə ittiham olunduqları bildirən müəmmalı video ilə başlayır. Onlar yanlış vaxtda yanlış yerdə olublar. Komandaların vəziyyəti başa düşmələri və qarətin baş verdiyi gecə hansı vaxtda hansı yerdə olduqlarını müəyyən etmələri üçün vaxtları çox azdır. Bundan əlavə, onlar brilyantı oğurlayan şəxsi müəyyən edə bilsələr, onları sərbəst buraxacaqlar.


Komandaların hər birinə onlara kömək etmək üçün gecədən qalmış əşyalarla dolu çanta verilmişdir. Daha sonra, komandalar müəmmanı aşkar etmək və xilas olmaq üçün heyrətamiz macəraya atılırlar. "Go Team" tətbiqi onları nəzarət məntəqələrinə yönləndirir. Burada onlar fotoşəkil, video, şifrlərlə bağlı sual və tapmacaları tapır, əsas həll yolunu tapmaq üçün ipucları əldə edirlər. Tapşırıqlar şifrlər, simvolların dəyişdirilməsi ilə bağlı alfa tapmacaları, təsvirlərdə əşyaların axtarışı, tapmacalar, nümunələrin müəyyən edilməsi, qəribə qoxular, müəmmalı səslər və s. kimi komponentlərə malik "Otaqdan qaçış" tərzində ən son macəraları özündə birləşdirə bilər.

Komandalar düzgün cavablara görə xallara qazanır, vaxt və məkanla bağlı ipuclarını aşkar edərək gecə vaxtı harada olduqlarını müəyyən etmək üçün öz cib kitabçalarına əlavə edirlər. Ən çox xal toplayan komanda qalib gəlir, ancaq hər kəs coçğulu şəkildə sevinir, çünki onlar günahsız olduqlarını sübut etmək üçün maksimum əməkdaşlıq edirlər.

Öyrənmə nəticələri

Əksər insanlar arasında məşhur olan qaçış oyunları rahatlıq zonasından xilas olmaq, yeni və həyəcanverici macəraya atılmaq üçün yeni yol təqdim edir. "Escape the Mob" bu nəşəni tapşırıqları müştərinin arzuladığı nəticələrə uyğunlaşdırmaqla mövzunun həyəcanını qorumağın mümkün olduğu çevik formata daşıyır. "Escape the Mob" iştirakçıları ipuclarını tapmaq, bir-biri ilə ünsiyyət qurmaq və sonda müəmmanı tapmaq üçün təxəyyülün limitlərini aşmağa təşviq edir.

"Escape the Mob", xüsusilə, şifrli tapmacalar, şəkil, video. səs və qoxu yarışları, kreativ və innovativ yarışlar, mahnılar, rəqslər, şeir kompozisiyası və s. ilə bütün iştirakçıların iştirakını təmin etmək üçün nəzərdə tutulmuşdur. Bu realistik və real zamanlı yeni korporativ timbildinq fəaliyyəti iştirakçılara bənzərsiz vəziyyətlər və nəticələrə malik yeni və naməlum təcrübə yaşadır. Hər bir ipucu onları həll yoluna daha da yaxınlaşdırı, ancaq oyun davam etdikcə vaxt azalır və iştirakçılar daha çox tələsirlər. Fərdi üstünlüklər ortaya çıxır və iştirakçılar təzyiq altında sakit şəkildə düşünərək reaksiya verməyi öyrənirlər.

Related Testimonial

Mükəmməl mövzu idi. "Escape the Mob" oyununun qeyri-adi tapşırıqları hər kəsi bir-biri ilə əməkdaşlıq etməyə və düşüncə limitlərini aşmağa ruhlandırdı. Biz bir-birimiz barədə çox şey öyrəndik və birlikdə çox öyləndik!

Qiyməti öyrənin