Sosial, iqtisadi və ekoloji təsirlərə görə məsuliyyəti üzərinə götürmək təşəbbüsləri.
Korporativ sosial
məsuliyyət təşkilatın sosial, iqtisadi və ekoloji təsiri, o cümlədən insan
hüquqlarına verilən dəyəri qiymətləndirmək və buna görə məsuliyyət daşımaq
təşəbbüsləridir.
Biz timbildinq vasitəsilə həqiqətən
müsbət sosial töhfələr veririk. Timbildinq proqramlarımızın əksəriyyəti,
həmçinin, komandaların icma, yerli xeyriyyəçilik və ətraf mühit layihələrinə
töhfə verməsi üçün nəzərdə tutulmuşdur. "Catalyst" şirkətində biz
korporativ sosial məsuliyyətin təsirlərini sözdə saxlamayaraq gözləntilərdən
daha artığını edirik. "Catalyst Global" şirkətinin qlobal ianə
təşəbbüsü olan "Buy1GIVE1" (yaxud "B1G1") ilə ömürlük
tərəfdaşlığı bizə heç vaxt görə bilməyəcəyimiz insanlara əsl töhfə vermək
imkanı verir. "B1G1" sosial müəssisə və
qeyri-kommersiya təşkilatı olmaqla hər kəsin ianə verdiyi
bir dünya yaratmaq missiyasına malikdir. Hər dəfə dünyanın hər hansı yerində
kimsə şəbəkə tərəfdaşlarımızdan biri ilə "Catalyst" şirkətinin
timbildinq proqramında iştirak etdikdə "Catalyst Global" şirkəti
"B1G1" tərəfindən xüsusi olaraq seçilmiş, yüksək təsirə malik
layihələrə töhfə verir. Bununla belə, şirkət bununla kifayətlənmir və həmin
təşəbbüsün üzvləri olan, "Catalyst" timbildinq şəbəkəsinin
tərəfdaşları, həmçinin, hər dəfə proqram həyata keçirildikdə töhfə verərək
verilən ianələrin həcmini artırır!
Biz qəti şəkildə tövsiyə edirik ki,
"B1G1" təşəbbüsünə nəzər salasınız. Ənənəvi xeyriyyəçilik modellərindən
fərqli olaraq "B1G1" kiçik və orta ölçülü sahibkarlıq subyektlərinin
gündəlik biznes əməliyyatlarına xeyriyyəçilik fəaliyyətlərini daxil edərək
unikal xeyriyyəçilik hekayələri formalaşdırmaqla daha çox sosial töhfə
verirlər. Hər bir biznes əməliyyatı (və nəticədə gündəlik fəaliyyətiniz) cəmi 1
sent qədər kiçik məbləğlə bir neçə insanın həyatında fərq yarada bilər.
"Catalyst" şirkətində biz sizinlə birlikdə möhtəşəm məhsuldarlıq
dövrəsi formalaşdırmışıq: möhtəşəm
oyun dizaynı, bütün iştirakçılara və onların şirkətlərinə böyük töhfə, mükəmməl
addımların atılması.
Əksər timbildinq proqramları
seçdiyiniz xeyriyyə tədbiri, sosial və ya ekoloji layihə və/və ya QHT ilə
əməkdaşlıq etməyiniz üçün hazırlanaraq sizə ətraf mühitə müsbət təsir göstərən
sosial rifahı artıran fəaliyyətlərlə məşğul olmaq imkanı verə bilər.
Müvafiq mövzu üzrə məşhur proqramlardan ibarət bu seçimə nəzər salın. Qərar verməkdə çətinlik çəkirsiniz? Axtardığınız bu deyil?