Dünyanın ilk 24 saatlıq korporativ dəfinə axtarışını həyata keçirən "Catalyst Global" tərəfdaşları (korporativ timbildinq mütəxəssislərinin ən böyük beynəlxalq şəbəkəsi) ötən həftə "Go Give" adlı korporati sosial məsuliyyət proqramı vasitəsilə cəmiyyətə töhfə vermək üçün bir araya gəldi. "Go Give" proqramı birlikdə verilə töhfənin gətirdiyi sevinc hissini maksimum həddə çatdıracaq timbildinq tədbiri yaratmaq məqsədilə "Catalyst Global" şirkəti tərəfindən hazırlanmışdır.
“Orijinal və müvafiq korporativ sosial məsuliyyət proqramı vasitəsilə ianə verilməsi konsepsiyasından mənfəət əldə edilməsi qarşılıqlı qazanca əsaslanan həll yoludur,”. Bu sözləri "Catalyst Global" şirkətinin Marketinq şöbəsinin direktoru Ester Daniel deyib. “Şirkətlərin əməkdaşları təşkil olunmuş ianə proqramında iştirak edən zaman əldə edilən qazanc yalnız sevinc hissindən ibarət deyil, həm də onlar, adətən, qrup şəklində öyrənir və əylənirlər.”
Tədbir 12 dekabr saat 6:00-da Yeni Zelandiyanın Oklend şəhərində başladı və 24 saat sonra Maunqanui Dağında yekunlaşdı.
Günəşin doğmasından sonra 40 ölkəni təmsil edən 52 komanda səhəri zaman qarşı yarışdıqları əyləncəli dəfinə axtarışı ilə açdılar və hər biri mümkün qədər çox tapşırığı yerinə yetirməli idi.
Nəzarət məntəqəsi rolunu oynayan bu fəaliyyətlərə fotoşəkilli tapşırıqlar, suallar, video yarışları və s. daxil idi. Hər bir tapşırıq müəyyən "B1G1" layihəsi ilə əlaqələndirilməklə komandalara hər bir fəaliyyəti tamamladqıdan sonra töhfə vermək istədikləri layihəni seçmək imkanı verirdi.
Ümumilikdə, tədbirdə Tayland, Banqladeş, Malayziya, Hindistan, Moldova, Nepal, Malavi, Keniya və Peru kimi ölkələrdə əhalinin risk qruplarını qida, dərman preparatları və təhsil imkanı ilə təmin etmək, ağac əkmək, qadınları tikiş maşını ilə təmin etmək, ailələrə cücə hədiyyə etmək, kəndlərdə suvarma sistemləri yaratmaq və s. məqsədlərə yönəlmiş müxtəlif təşəbbüslərə yardım etmək üçün 152.013 ianə yardımı toplandı.
İrlandiya ümumi qalib komanda, Hindistan qalib tərəfdaş və Dubya ən çox girov qoyan komanda seçilməklə mükafatlar üç kateqoriay üzrə təqdim olundu və hər üç komanda mükafatlarını "B1G1" layihələrinə hədiyyə etdi.
Bundan əlavə, bütün iştirakçı komandalar əməkdaşlarından birinin "Team Up Events" ilə birlikdə Kambocaya növbəti "B1G1" təlim turuna qoşulmaq imkanı əldə etməsi üçün püşkatmada iştirak etdi və Yeni Zelandiya qalib tərəfdaş seçildi. "Team Up Events NZ" elan etdi ki, satış meneceri Coanna Hol yanvar ayında Kambocada onların komandasını və "Catalyst Global" şirkətini təmsil edəcəkdir. Bu, xüsusilə, universitetdə Cənubi Asiya və Kamboca təmayüllü Asiyaşünaslıq fakültəsində təhsil almış bir şəxs üçün tam uyğun mükafatdır.
“Bu səfərdə "Catalyst" şirkətinin timbildinq şəbəkəsinin səfiri olacağıma görə həyəcanlıyam və bununla fəxr edirəm. Bu imkanı mənə verdiyinə görə "Catalyst Global" şirkətinə təşəkkürümü bildirirəm,” Hol dedi. O, əlavə etdi: “fərq yaratmaq və "Catalyst Global" şəbəkəsinin adından göstərdiyimiz cəhdlərin təsirlərini görmək imkanı həddən artıq dəyərli olacaqdır!”
Beynəlxalq cəmiyyətə töhfə verməklə yanaşı "Go Give" tədbiri, həmçinin, "Catalyst Global" şəbəkəsinin tərəfdaşlarını daha da yaxınlaşdırdı və dünyanın ən məşhur timbildinq ekspertlərini daha da gücləndirdi.