Saytın şərtləri

Aşağıdakı sayltar sizə, yəni müştərimizə, "Catalyst Global" şirkəti tərəfindən təklif olunur. Siz bu saytlardan hər hansı birindən istifadə etməklə və/və ya saytın şərtlərini, o cümlədən bizim məxfilik və təhlükəsizlik barədə bəyanatımızı qəbul etməklə həmin saytlarla bağlı bütün şərtləri və bəyanatlara razılıq vermiş olursunuz. Saytın şərtləri ilə razı olmasanız, sizə saytdan istifadə etmək icazəsi verilmir və dərhal saytı tərk etməlisiniz. Biz sizə bildiriş göndərmədən və öz mülahizəmizə əsasən vaxtaşırı olaraq bu şərtlərə düzəliş etmək hüququna sahibik. Paylaşıldığı zaman qüvvəyə minəcək yeniliklərə görə bu səhifəyə baxış keçirilməsinə görə məsuliyyət daşıyırsınız. Saytlar "Catalyst Global" şirkəti tərəfindən təqdim olunur. Onun lisenziya verdiyi qurumlar, şirkətin filialları, törəmələri, tabe olduğu şirkətlər və onlara məxsus olan müvafiq sahibkarlıq subyektləri saytın şərtlərində "Catalyst timbildinq şəbəkəsi", "Catalyst Global" şirkəti" və ya "biz" adlandırılır.

Təriflər

Bu Müqavilədə başqa cür nəzərdə tutulmadığı hallarda:

  • '"Əqli mülkiyyət hüquqları" dedikdə mülkiyyət hüquqları, patentlər, əmtəə nişanları və qanunla müəyyən edilən digər hüquqlar və ümumi hüquq və ya biznes nüfuzunu, şəxsi nüfuzu və ya məxfi məlumatları qoruyan bütün hüquqlar nəzərdə tutulur;
  • "Sayt" dedikdə saytlardan hər hansı biri nəzərdə tutulur;
  • "Saytlar" dedikdə www.catalystglobal.com, www.catalystteambuilding.co.uk keçidlərində mövcud olan bütün saytlar nəzərdə tutulur, əlavə edilmiş bütün səhifələr və daxil etdiyimiz bütün digər saytlar əhatə olunur.

Hüquqlar

Bu saytda qiymətləndirilən və ya saytı təşkil edən bütün kontent (o cümlədən bunlarla məhdudlaşmamaq şərti ilə, əqli mülkiyyət hüquqları, mətnlər, təsvirlər, səhifələr, səslər, proqram təminatı (o cümlədən kod, interfeys və sayt strukturu), videolar, görünüş və təəssürat, dizayn və onların kombinasiyası) və materiallarda mövcud olan hüquqlar bizə və ya bizə lisenziya verən qurumlara məxsusdur. Siz qəbul edir və razılıq verirsiniz ki, sizə bu kontent və/və ya materiallardan yalnız saytın şərtlərində müəyyən edilən və ya tərəfimizdən yazılı şəkildə açıq şəkildə bildirilən digər qaydada istifadə etmək icazəsi verilir və siz bu cür kontent və ya materialların surətini çıxara, onları çoxalda, başqasına ötürə, ictimaiyyətə açıq elan edə, paylaya, kommersiya məqsədilə istifadə edə, uyğunlaşdıra, tərcümə edə, dəyişdirə, toplu hala gətirə, birləşdirə, bölüşdürə və ya başqasına təqdim edə yaxud həmin kontent və ya materialların törəməsini yarada bilməzsiniz.

Əqli mülkiyyət

Başqa cür müəyyən edilmədiyi təqdirdə saytda mövcud olan bütün əqli mülkiyyət hüquqları (o cümlədən məhdudiyyət olmadan əmtəə nişanları, xidmət nişanları, patentlər, mülkiyyət hüquqları, məlumat bazaları üzərində hüquqlar və bütün digər əqli mülkiyyət hüquqları) bizə məxsudur və onlardan istifadə etmək üçün icazəmiz var. Saytın şərtlərində müəyyən edilən hallar istisna olmaqla, bu əqli mülkiyyət hüquqlarının tərəfinizdən istifadə edilməsi və ya çoxaldılması qadağandır, bunun edilməsi şərtlərin pozulması hesab olunur və üçüncü şəxslərin əqli mülkiyyət hüquqlarını və ya bizim əqli mülkiyyət hüquqlarımızı poza bilər.

Surətin çıxarılması

Hüquqi, şəxsi və qeyri-kommersiya məqsədli istifadə üçün sayta baxış keçirə və saytda olan kontent, məlumat və ya materialları çap edə bilərsiniz. Siz hər hansı bu cür kontent, məlumat və ya materialların surətini çıxarmamağa, onları dəyişdirməməyə, yükləməməyə, çoxaltmamağa, başqa şəxsə ötürməməyə, ictimaiyyətə açıq elan etməməyə, paylamamağa, uyğunlaşdırmamağa, tərcümə etməməyə, başqa materiallarla birləşdirməməyə, özünüzdə saxlamamağa, satmamağa yaxud başqasına təqdim etməməyə və ya hər hansı kommersiya məqsədləri üçün istifadə etməməyə razılıq verirsiniz. Bütün digər hüquqlar qorunur.

Sizin üçün davranış qaydaları

Siz aşağıda göstərilənləri icra etməməli və icra etməyə cəhd göstərməməlisiniz:

3(a) Saytdan onun fəaliyyətində və ya ona daxil olmaq prosesində fasilə yaranması, nasazlığın əmələ gəlməsi, səmərəliliyin azalması və ya saytın effektivliyi yaxud funksionallığına hər hansı şəkildə zərər dəyməsi ilə nəticələnən və ya nəticələnmək ehtimalı olan hər hansı yolla istifadə etmək;

3(b) Hər hansı digər şəxsin sizin tərəfinizdən ediləcəyi təqdirdə "Catalyst Global" şirkətinə və ya ona lisenziya verən qurumlara məxsus hər hansı əqli mülkiyyət hüquqlarını pozacaq hər hansı əməli icra etməsinə icazə vermək;

(c) Saytın bir hissəsini təşkil edən hər hansı proqram təminatını hissələrinə ayırmaq, sökmək, dəyişdirmək, başqa formaya salmaq və ya digər üsulla mənbə kodunu ortaya çıxarmaq;

(d) Hər hansı səbəbdən saytda mövcud olan proqram təminatını mənimsəmək və ya onun surətini çıxarmaq (gözlənilən texniki hesablama prosesin asanlaşdırılması üçün müvəqqəti surətlər);

(e) Sayta qanunsuz şəkildə daxil olmaq, saytdakı məlumatları qanunsuz şəkildə ələ keçirmək və ya sayta zərər verə biləcək hər hansı hərəkəti icra etmək;

(f) Qarşımıza öhdəlik qoymaq və ya internet provayderlərimizin və ya digər təchizatçıların bizə göstərdiyi xidmətlərdən yararlanmaq imkanından (tamamilə və ya qismən) məhrum olmağımıza səbəb olmaq;

(g) Kompüterin normal əməliyyat prosedurlarına müdaxilə etmək və yar onları pozmaq, gizli şəkildə kompüterə daxil olmaq, icazə olmadan hər hansı sistem, məlumat və ya şəxsi məlumatları əldə etmək və ya mənimsəmək üçün nəzərdə tutulmuş hər hansı virus, makro virus, Troyan proqramı, soxulcan proqramı və ya digər proqramları hər hansı kompüterə yükləmək;

(h) Qüvvədə olan hər hansı sənaye məcəlləsi və ya məhkəmə qərarına əməl etməyimizə mane olmaq və ya bu cür imkanlarımızı məhdudlaşdırmaq.

Siz qaəbul edirsiniz ki, sizin kompüterinizdən bizə göndərilən bütün elektron məlumatlar və kontentə görə "Catalyst Global" şirkəti və ya onun lisenziya verdiyi qurumlar deyil, siz məsuliyyət daşıyırsınız və sizə saytdan yalnız qanuni yolla müəyyən edilmiş məqsədlər üçün istifadə edə bilərsiniz.

Bundan əlavə, siz aşağıdakıları etməməlisiniz:

1. Saytdan və ya hər hansı xidmətimizdən qeyri-müvafiq, qanunsuz və ya əxlaq qaydalarına zidd məqsədlər üçün istifadə edərək hər hansı narahatlıq yaratmaq və ya xidmətlərimizin təhlükə altına düşməsinə yaxud zərər görməsinə səbəb olmaq;

2. Saytdan və ya hər hansı xidmətimizdən istifadə edərək hər hansı xoşagəlməz, ədəbsiz və ya nüfuzdan salan material yaratmaq, saxlamaq və ya başqasına ötürmək (canli söhbət otağında, elan lövhəsində və ya digər şəkildə) yaxud irq, din, əqidə və ya cinsiyyətlə bağlı əsaslarla başqalarını təhqir edə biləcək fəaliyyətlərlə məşğul olmaq;

3. Saytdan və ya hər hansı xidmətimizdən istifadə edərək hər hansı şəkildə insanlara (o cümlədən 18 yaşın altında olan şəxsləri) zərər vurmaq və ya buna cəhd etmək;

4. Saytdan və ya hər hansı xidmətimizdən istifadə edərək qorxu yaradan, fiziki şiddətə və ya əmlakın məhv edilməsinə təşviq edən, cinayət əməli təşkil edən və ya mülki məsuliyyətə cəlb olunmağa səbəb olan hər hansı materialı yaratmaq, saxlamaq və ya başqasına ötürmək;

5. Saytdan və ya hər hansı xidmətimizdən istifadə edərək hər hansı digər şəxsin əqli mülkiyyət hüquqlarını (o cümlədən məhdudiyyət olmadan mülkiyyət hüquqları, əmtəə nişanları, patentlər, ticarət sirləri və ya digər əqli mülkiyyət hüquqları) pozan material yaratmaq, saxlamaq və ya başqasına ötürmək;

6. Saytdan və ya hər hansı xidmətimizdən istifadə edərək reklam materialları yaratmaq, saxlamaq və digər istifadəçilərə onların razılığı olmadan reklam materialı göndərmək;

7. Saytdan və ya hər hansı xidmətimizdən istifadə edərək başqa şəxsi narahat edən, nüfuzdan salan, təhqir edən, təqib edən, hədələyən yaxud qanunla müəyyən edilən hüquqlarını (misal üçün, məxfilik və təbliğat hüquqları) pozan material yaratmaq, saxlamaq və ya başqasına ötürmək yaxud məhsul və xidmətləri başqasına satmaq və ya satın almaq üçün saxta təkliflər hazırlamaq;

8. İnsanları aldatmaq və ya çaşdırmaq məqsədilə müəyyənedici şəbəkənin başlıq məlumatlarını silmək, dəyişdirmək və ya başqasını əlavə etmək.

9.Saytdan və ya hər hansı xidmətimizdən istifadə edərək başqalarının hesablarına, üçüncü şəxs təhlükəsizlik tədbirlərinə, kompüterin proqram təminatına, avadanlıqlara, elektron kommunikasiya sisteminə və ya telekommunikasiya sistemlərinə daxil olmaq və ya daxil olmağa cəhd etmək;

10. Saytdan və ya hər hansı xidmətimizdən istifadə edərək üçüncü şəxslərin xəbəri və ya razılığı olmadan onlar haqqında şəxsi məlumatları toplamaq və ya toplamağa cəhd etmək, istifadəçilərin siyahıları və ya digər məlumatları əldə etmək məqsədilə ekran məlumatlarını və məlumat bazasındakı məlumatları təhlil etmək və ya hər hansı digər fəaliyyətlə məşğul olmaq;

11. Saytdan və ya hər hansı xidmətimizdən istifadə edərək başqa insan və ya sistemlərin bu saytdan və ya hər hansı xidmətimizdən istifadə etmək qabiliyyətinə yaxud, ümumilikdə, internetə mənfi təsir göstərən hər hansı fəaliyyətlə, o cümlədən tərkibində virus olan fayllar, korlanmış fayllar və ya digər kompüterlərə zərər verə biləcək hər hansı digər bənzər proqram təminatı və ya proqramların yüklənməsi ilə məşğul olmaq;

12. Bizim əvvəlcədən yazılı razılığımız olmadan saytın hər hansı hissəsini və ya hər hansı xidmətimizi yenidən satmaq, yenidən paylamaq və ya məqsədini dəyişmək;

13. Saytdan və ya hər hansı xidmətimizdən istifadə edən zaman özünü başqa şəxs və ya qurum kimi qələmə vermək, icazənizin olmadığı addan və ya saxtalaşdırılmış addan istifadə etmək.

14. Saytdan və ya hər hansı xidmətimizdən istifadə edərək dələduzluq etmək, üçüncü şəxsləri təhqir edən və ya incidən, virus, siyasi kampaniya, kommersiya təklifi, silsilə məktublar, kütləvi poçtlar və ya hər hansı spamdan ibarət hər hansı materialı göndərmək, istifadə etmək və ya yenidən istifadə etmək, gərəksiz narahatlıq yaratmq.

Bu siyahı yalnız saytdan və xidmətlərimizdən sui-istifadə ilə bağlı nümunələr gətirmək məqsədi daşıyır, qadağan edilmiş icazəsiz hərəkətlərin siyahısı kimi istifadə olunmaq üçün nəzərdə tutulmamışdır. Bu tələblərdən hər hansı birini pozsanır və ya biz öz mülahizəmizə əsasən davranışınızın sayt və ya hər hansı xidmətimizdən sui-istifadə halını təşkil etdiyi qənaətinə gəlsək, biz əvvəlcədən sizə bildiriş göndərmədən sayta və xidmətlərimizə daxil olmaq hüququnuzu məhdudlaşdıra, dayandıra və ya ləğv edə bilərik. Bununla, bütün istifadəçilər onlayn davranış qaydaları və məqbul kontentlə bağlı bütün yerli qaydalara əməl etməyə razılıq verirlər. İstifadəçilər, həmçinin, hər hansı ölkədən hər hansı məlumatın ixrac edilməsi ilə bağlı qüvvədə olan hər hansı qaydalara əməl etməyə razılıq verirlər.

Fotoşəkillər, müştəri rəyləri, kazuslar və s.

"Catalyst Global" şirkətinin icazə verdiyi müştərilər və ya lisenziya verdiyi qurumlar şirkətə məxsus veb saytlara fotoşəkillər, müştəri rəyləri, kazuslar və digər kontenti daxil edə, saytın hər hansı istifadəçisi qanunsuz, ədəbsiz, təhqiramiz, hədələyici olmayan, nüfuzu ləkələməyən, məxfiliyi və əqli mülkiyyət hüquqlarını pozmayan, üçüncü şəxslər zərər vurmayan, xoşagəlməz olmayan, tərkibində virus, siyasi kampaniya, kommersiya təklifi, silsilə məktublar, kütləvi poçtlar və ya spamın hər hansı forması olmayan məlumatları göndərə, təklif, ideya, şərh, sual və ya digər məlumatları təqdim edə bilər. Siz saxtalaşdırılmış e-mail ünvanından istifadə edə, özünüzü hər hansı şəxs və ya qurum kimi qələmə verə, hər hansı kontent və ya şəxsiyyətinizlə bağlı hər hansı çaşqınlıq yarada bilərsiniz. Biz öz mülahizəmizə əsasən və əvvəlcədən sizə bildiriş göndərmədən isttənilən vaxt hər hansı kontenti silmək və ya ona düzəliş etmək hüququna (öhdəliyinə deyil) sahibik.

Saytda kontent yerləşdirsəniz və ya sayta məlumat göndərsəniz, başqa cür müəyyən etmədiyimiz təqdirdə siz bizə məlum olan və ya hal-hazırda məlum olmasa da, bəyan edilən hər hansı məlumatlandırma vasitəsilə dünyanın hər hansı yerində həmin kontent və/və ya materiallardan istifadə etmək, onları çoxaltmaq, dəyişdirmək, uyğunlaşdırmaq, dərc etdirmək, tərcümə etmək, onların törəməsini yaratmaq, onları paylamaq və nümayiş etdirmək üçün ödəniş tələb olunmayan, ləğv olunmayan, müddətsiz və tam şəkildə başqasına ötürülə bilən (bir neçə səviyyədə) məhdud hüquq vermiş olursunuz. Siz bizə və həmin hüququ ötürdüyümüz digər şəxslərə öz seçimimizə əsasən həmin kontentlə əlaqədar təqdim etdiyiniz addan istifadə etmək hüququ verirsiniz. Siz həmin kontentin müəllifi kimi müəyyən edilmək və həmin kontentdən qeyri-müvafiq şəkildə istifadə edilməsinə etiraz etmək hüququndan imtina etməyə razılıq verirsiniz. Siz, həmçinin, sizin kontentinizlə əlaqədar sahib olduğunuz hər hansı mənəvi haqlarınız pozan hər hansı davranışı nümayiş etdirməyimizdən imtina edir və ya buna razılq verirsiniz. Siz zəmanət verirsiniz ki, eyni şərtlər daxilində həmin kontentin bütün və ya bəzi hissələri üzərində mülkiyyət hüququna malik olan yaxud həmin hissələrin yaradıcısı olan hər hansı üçüncü şəxsdən lisenziya və razılıq alınmışdır. Siz tərəfinizdən bizə verilmiş, yuxarıda qeyd olunan hər hansı hüququ, o cümlədən bizim sorğumuza əsasən əqd və sənədləri imzalamaq hüququnu tamamlamaq üçün zəruri olan bütün sonrakı tədbirləri görməyə razılıq verirsiniz.

Siz bəyan edir və zəmanət verirsiniz ki:

(a) Siz saytda yerləşdirdiyiniz kontent və ya material üzərində bütün hüquqlara sahibsiniz və ya nəzarət edirsiniz;

(b) Həmin kontent və ya materialın təqdim olunduğu tarixdə:

(i) kontent və material dəqiqdir;

(ii) təqdim etdiyiniz kontent və materialdan istifadə "Catalyst Global" şirkətinin qüvvədə olan hər hansı siyasət və ya təlimatlarını yaxud saytın şərtlərini pozmur

(iii) təqdim etdiyiniz kontent və materialdan istifadə hər hansı şəxs və ya quruma hər hansı zərər yetirməyəcəkdir (o cümlədən kontent və ya material nüfuza ləkə salmır).

Bu saytda fotoşəkil, müştəri rəyi, kazus və s. (istifadəçiyə məxsus kontent) yerləşdirmək olar. Biz saytda mövcud olan və istifadəçiyə məxsus olan hər hansı kontentdən istifadəyə fəal şəkildə nəzarət etmirik. Eyni zamanda, biz hər hansı üçücü şəxs saytlarının kontenti, elektron poçtların göndərilməsi, mətn mesajları, xəbər qrupları, bülleten lövhələri, söhbət otaqları və ya sayt vasitəsilə yaradılan yaxud əldə edilən digər materiallara nəzarət edərək onları redaktə etmirik. Nəticə etibarilə, saytda və ya saytlarda xoşagəlməz və ya qeyri-müvafiq hesab etdiyiniz saytlar vasitəsilə əldə edilən kontent qarşınıza çıxa bilər. Bununla belə, biz saytda mövcud olan və istifadəçiyə məxus olan hər hansı kontentə nəzarət etmək, öz mülahizəmizə əsasən istifadəçiyə məxsus kontentdən sui-istifadəyə yol verən hər hansı kontenti silmək hüququna sahibik, mütləq mülahizəmizə əsasən istifadəçiyə məxsus kontent və ya saytdan istifadə hüququnuzu məhdudlaşdıra, dayandıra və ya ləğv edə bilərik.

İstifadəçilər tərəfindən ifadə olunan fikir və ya fikirlər yaxud istifadəçiyə məxsus digər kontent "Catalyst Global" şirkətinin və ya onun lisenziya verdiyi qurumların fikirlərini əks etdirmir. Həmi şəxslər təqdim olunan hər hansı bəyanat, məsləhət və fikirlər yalnız həmin iştirakçılara məxsusdur. Biz hər hansı bu cür bəyanat, məsləhət və ya fikirləri dəstəkləmir və ya onlara görə məsuliyyət daşımırıq.

Zəmanətin istisna edilməsi

Biz (o cümlədən bizim tabe olduğumuz baş şirkətlər, filiallarımız, törəmələrimiz, şirkətimizdə çalışan məsul şəxslər, direktorlar, nümayəndələr və əməkdaşlar) sayt və ya hər hansı xidmətimizdən davamlı, fasiləsiz və ya təhlükəsiz şəkildə yararlanmaq imkanına zəmanət veririk və bizim nəzarətimiz altında olmayan bir sıra xarici amillərlə əlaqədar olaraq saytın fəaliyyətində fasilələr yarana bilər. Saytımız və xidmətlərimiz olduğu kimi və imkan daxilində təqdim olunur. Qanunla müəyyən edilən hallarda biz qanunla və ya digər şəkildə nəzərdə tutulmuş bütün zəmanətlər və şərtləri, o cümlədən bunlarla məhdudlaşmamaq şərti ilə, bacarıqlar, texniki xidmət və ya fəaliyyətin vaxtında həyata keçirilməsi ilə bağlı hər hansı şərtləri istisna edirik.

Nəzərdə tutulmuş bütün şərtlər və zəmanətlər (qanunla və ya digər şəkildə nəzərdə tutulmuş) saytdan istifadə və xidmətlərimizin göstərilməsi imkanlarına daxil edilmir.