"Catalyst Global" şirkətinin veb saytlarına və lisenziya verdiyi saytlara daxil olmaqla siz bu bəyanatda müəyyən edilən prosedurları qəbul etmiş və onlara razılıq vermiş olursunuz.
"Catalyst Global" sizin spesifik olaraq və könüllü şəkildə təqdim etdiyiniz şəxsən müəyyən edilə bilən məlumatları toplayır. Sizdən əldə etdiyimiz məlumatlar bizə "Catalyst Global" şirkətinin təcrübəsini özəlləşdirmək və yaxşılaşdırmaq imkanı verir. Biz sifarişləri emal etmək, məhsul və xidmətləri çatdırmaq, ödənişləri həyata keçirmək, sifarişləriniz, məhsullar, xidmətlər və reklam təklifləri ilə əlaqədar sizinlə əlaqə saxlamaq, qeydlərimizi yeniləmək, ümumilikdə, hesablarınıza nəzarət etmək, sizin üçün maraqlı ola biləcək özəlləşdirilmiş kontenti, müştəri rəylərini və tövsiyə olunan xidmətləri nümayiş etdirmək, üçün həmin məlumatlardan istifadə edirik. Biz bu məlumatlardan, həmçinin, saytımızı təkmilləşdirmək, veb saytımızın saxtalaşdırılması və ya saytımızdan sui-istifadə hallarını müəyyən edərək qarşısını almaq, üçüncü şəxslərin bizim adımızdan texniki, logistik və ya digər funksiyaları həyata keçirməsinə imkan vermək üçün istifadə edirik.
Sizin tərəfinizdən təqdim olunan məlumatlar:
Biz yalnız sizin seçərək təqdim etdiyiniz şəxsən müəyyən edilə bilən məlumatları toplayacağıq. Siz müəyyən məlumatları təqdim etməməyi seçə bilərsiniz. İmkan daxilində biz sizə məlumatlardan istifadə edilməsi formasını seçmək imkanı verəcəyik.
Siz bizə sorğu göndərdikdə, şəxsən müəyyən edilə bilən məlumatların əks olunduğu anket və ya digər formanı doldurduqda yaxud sizə məlumat vermək üçün bizə müraciət etdikdə şəxsən müəyyən edilə bilən məlumatları bizə təqdim etməyi seçə bilərsiniz.
Şəxsən müəyyən edilə bilən hər hansı məlumatı bizə təqdim etməklə siz həmin məlumatların digər ölkə və ya ərazilərə göndərilməsini, həmin məlumatların digər ölkə və ya ərazilərdə toplanması və emal edilməsini tam başa düşmüş, bu prosedurlara açıq şəkildə icazə vermiş olursunuz. Bu məlumatların tərəfimizdən hər hansı formada göndərilməsi və emal edilməsi bu məxfilik siyasətinə uyğun olaraq həyata keçiriləcəkdir.
Avtomatik olaraq qəbul edilən məlumatlar
İnternetə qoşulmuş hər bir kompüterə onun İnternet Protokolu (İP) kimi çıxış edən domen adı və rəqəmlər toplusu verilir. Hər hansı istifadəçi bizim şəbəkə çərçivəsində hər hansı veb saytından səhifə tələb etikdə veb serverlərimiz avomatik olaraq həmin istifadəçinin domen adı və İP ünvanını qəbul edir. Domen adı və İP ünvanı saytımıza daxil olmaq üçün istifadə etdiyiniz İP ünvanından başqa heç bir şəxsi məlumatı üzə çıxarmır. Biz bu məlumatlardan ümumi trafiki yoxlamaq, şəbəkədən sui-istifadə hallarını araşdırmaq, şəbəkənin istifadəçilərini müəyyən etmək və ya hüquq mühafizə orqanları ilə əməkdaşlıq etmək məqsədilə və təhlükəsizlik məqsədləri üçün istifadə edirik.
Siz hər dəfə bizimlə əlaqəyə girdikdə biz müəyyən məlumat növlərini qəbul edir və saxlayırıq. Misal üçün, əksər veb saytlarda olduğu kimi biz kukilərdən istifadə edir və veb brauzeriniz "Catalyst Global" şəbəkəsinə daxil olduqda müəyyən növ məlumatları əldə edirik. Biz sizi tanıyaraq özəlləşdirilmiş xidməti göstərə bilərik.
Biz vaxtaşırı olaraq kompüterinizə kuki göndərə bilərik. Kuki veb serverdən sizə göndərilən və kompüterinizin sərt diskində saxlanılan kiçik məlumat parçasıdır. Kuki sərt diskinizdə olan məlumatları və ya digər veb saytlar tərəfindən yaradılmış kuki fayllarını oxuya bilməz. Kukilər sisteminizə zərər yetirmir. Biz kukilərdən veb saytlardan ibarət şəbəkəmizin hansı sahələrinə daxil olduğunuzu və ya özünüzə uyğun dəyişikliklər etdiyinizi müəyyən etmək üçün istifadə edirik, buna görə növbəti dəfə şəbəkəyə daxil olarkən həmin səhifələr istifadəyə hazır ola bilər. Siz brauzerinizin tənzimləmələrinə dəyişiklik edərək həmin kukiləri qəbul edib-etməməyi seçə bilərsiniz. Siz brauzerinizi sıfırlayaraq bütün kukilərdən imtina edə və ya brauzerinizin kuki göndərilən zaman xəbərdarlıq etməsinə icazə verə bilərsiniz. Əgər bu kukiləri qəbul etməməyi seçsəniz, saytımızda və digər veb saytlarda sizə göstərilən xidmətlərin həcmi azala və bəzi funksiyalar nəzərdə tutulduğu kimi işləməyə bilər.
Biz digər mənbələrdən sizin haqqınızda məlumat əldə edə və həmin məlumatları hesab məlumatlarımıza daxil edə bilərik.
Qəbul etdiyimiz məlumatları üçüncü şəxslərə açıqlayacağıq?
Müştərilərimizə məxsus olan məlumatlar bizim üçün vacibdir və biz onları başqalarına satmırıq. Biz müştərilərimiz barədə məlumatları yalnız aşağıda göstərilən qaydada və öz filiallarımıza göndəririk.
Lisenziya sahibləri
"Catalyst Global" lisenziya sahibləri və törəmə sahibkarlıq qurumları ilə sıx əməkdaşlıq edir. Bu sahibkarlıq qurumları "Catalyst Global" şirkətinin verdiyi lisenziya əsasında "Catalyst" məhsullarını idarə edir və biz bu qurumların adından xidmət göstərə və ya məhsulları sata bilərik. Biz lisenziya verdiyimiz qurumlara məlumatları təqdim etmək hüququna sahibik.
Xidmət qurumları
Məlumatlar yalnız bizim adımızdan xidmət göstərən və ya funksiyaları həyata keçirən üçüncü şəxslərə təqdim olunur. Bu qurumlar mümkün olan ən yaxşı xidməti göstərmək üçün sizin və qurumunuz haqqınızda məlumatları tələb edir.
"Catalyst Global" şirkəti və onun lisenziya verdiyi qurumlar yuxarıda qeyd olunan məqsədlərlə şəxsən müəyyən edilə bilən məlumatlarınızı əldə edə bilsə belə, onlar həmin məlumatlardan hər hansı başqa məqsəd üçün istifadə edə bilməz və onların məlumatlarınızı "Məlumaların qorunması haqqında" qanunvericiliyə uyğun olaraq emal etməsi tələb olunur.
Biz məlumatlardan daxili marketinq təhlili, misal üçün, müştərilərimiz arasındakı tendensiyaları qiymətləndirmək və ya veb saytlarımızda trafikin həcmini müəyyən etmək üçün istifadə edə bilərik. Biz şəxsən müəyyən edilə bilən məlumatlarınızdan, həmçinin, məhsul və xidmətlərimiz, o cümlədən filiallarımız, törəmələrimiz, tabe olduğumuz şirkətlər və onlara məxsus olan hər hansı müvafiq sahibkarlıq qurumlarının məhsul və xidmətləri ilə əlaqədar sizinlə əlaqədar saxlamaq üçün istifadə edə bilərik. Siz şəxsən müəyyən edilə bilən məlumatları bizə ilk dəfə təqdim edərkən bu cür sorğuları qəbul edib-etməməyi seçə biləcəksiniz. Biz şəxsən müəyyən edilə bilməyən məlumatları, həmçinin, reklam şirkətləri kimi digər qurumlara ümumiləşdirilmiş və anonim formada təqdim edirik ki, bu da məlumatların tərkibində sizin haqqınızda şəxsən müəyyən edilə bilən məlumatların olmayacağını nəzərdə tutur.
Biz seçilmiş təşkilatların icazəniz olmadan sizə aksiya və reklamlar barədə məlumat göndərməsini təşkil etməyəcəyik. Qeyd etmək lazmdır ki, icazə verdiyiniz təqdirdə həmin təşkilatlar diqqətlə seçilir və bu bəyanatın şərtlərini yerinə yetirmək öhdəliyi daşıyır.
Fotoşəkillər, müştəri rəyləri, kazuslar və s.
Sizin saytın ictimai sahələrində və ya həmin sahələr vasitəsilə paylaşdığınız məlumatlar, adətən, başqaları tərəfindən əldə edilə, istifadə edilə və başqalarının sizinlə əlaqə qurmasına şərait yarada bilər. Saytın istifadəçiləri bu saytın ictimai sahələrində özləri haqqında şəxsən müəyyən edilə bilən məlumatları paylaşarkən diqqətli olmağa təşviq edilir.
Səhmlərinin əksəriyyətinin satılması, birləşdirilməsi, konsolidasiyası, ötürülməsi, səhmlərə nəzarətin dəyişməsi, qurumun yenidən təşkil edilməsi və ya ləğv olunması halında biz bizimlə əlaqələriniz barədə məlumatları, o cümlədən bunlarla məhdudlaşmamaq şərti ilə, təqdim etdiyiniz şəxsən müəyyən edilə bilən məlumatları və bizimlə əlaqələrinizlə bağlı digər məlumatları üçüncü şəxslərə ötürə, sata və ya həvalə edə bilərik.
Qanunla müəyyən edilən hallarda bizdən təqdim etdiyiniz məlumatları açıqlamaq, tətbiq olunan hüquqi prosesə əməl etmək və ya hüquqlarımızı, əmlakımızı və ya öz mənafeyimizi, müştərilərimizin, saytın istifadəçilərinin yaxud ictimaiyyətin mənafeyini qorumaq və müdafiə etmək tələb oluna bilər.
Biz şəxsən müəyyən edilə bilən məlumatlarınızın saxlanılması və ötürülməsi zamanı sizin üçün təhlükəsiz şərait yaratmağa çalışırıq.
Biz şəxsən müəyyən edilə bilən məlumatlarınızı toplamaq, saxlamaq və açıqlamaq üçün müvafiq fiziki, elektron və prosessual mühafizə vasitələri yaratmışıq. Ən son texnoloji təhlükəsizlik sistemlərindən istifadə etsək də, təhlükəsizlik mexanizmlərimiz üçüncü şəxslərin icazəsiz şəkildə daxil olmayacağına zəmanət verə bilməz.
Bu bəyanat biznesimizin daim dəyişən təbiətinə uyğun olaraq dəyişdiriləcəkdir. Bu cür dəyişikliklər bu səhifədə elan ediləcəkdir və tövsiyə edirik ki, hansı məlumatları topladığımızı, onlardan necə istifadə etdiyimizi və hansı hallarda bu məlumatları açıqlaya biləcəyimizi təsdiqləmək üçün müntəzəm olaraq veb saytımıza nəzər salasınız.
Saytımızda sizin haqqınızda mövcud olan şəxsən müəyyən edilə bilən məlumatlara nəzər salmaq, məlumatlara düzəliş etmək, məlumatlarınızın silinməsini tələb etmək və ya yuxarıdakı bəyanatla bağlı hər hansı sorğunuz olarsa, zəhmət olmasa, bizimlə əlaqə saxlayın.
Nəzərinizə çatdırırıq ki, bu saytda fəallığa nəzarət etmək üçün "Google Analytics" xidmətindən istifadə olunur. Məlumatlarınz "Google" tərəfindən toplanması və emal edilməsi barədə əlavə məlumat əldə etmək üçün, zəhmət olmasa, bu keçidə daxil olun: Tərəfdaşlıq etdiyimiz saytlar və ya tətbiqlərdən istifadə etdiyiniz zaman "Google" tərəfindən məlumatların istifa edilməsi qaydaları.