Catalyst Azərbaycan - Kuki siyasəti

"Catalyst Azərbaycan"ın saytını daha səmərəli etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz əsas kuki növləri və onların məqsədlərini öyrənin.

(1 avqust 2018-ci il tarixində yenilənmişdir)

"Kukilər" veb sayta daxil olduğunuz zaman yüklənən və kiçik həcmli məlumatlara malik olan mətn fayllarıdır. Daha sonra, hər dəfə yenidən sayta daxil olduqda "kukilər" orijinal sayta geri göndərilir və ya həmin "kukilər"i qəbul edən başqa bir sayta yönləndirilir. "Kukilər" veb saytın istifadəçinin qurğusunu tanımasına imkan verdiyinə görə faydalıdır. "Kukilər" barədə əlavə məlumat almaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz: www.youronlinechoices.eu


"Kukilər" səhifələr arasında səmərəli şəkildə keçid etmək üçün şəraitin yaradılması, prioritetlərin yadda saxlanılması və, ümumilikdə, istifadəçinin saytdan istifadə imkanlarının yaxşılaşdırılması kimi çox müxtəlif funksiyaları yerinə yetirir. Onlar, eyni zamanda, qarşınıza sizə daha çox uyğun və maraqlı olan reklamların çıxmasını təmin edə bilər.

("Kukilər" dedikdə biz, həmçinin, internet saytları və ya elektron poçtlarda "kukilər"lə eyni qaydada məlumat toplayan veb mayaklar və digər texnologiyaları nəzərdə tuturuq. "Veb saytlar" dedikdə biz, həmçinin, mobil tətbiqlər və elektron poçtları nəzərdə tuturuq.)

"Catalyst Global" şirkətinə məxsus "kukilər", adətən, aşağıdakılar malikdir:

  1. "kukilər"-i yaradan saytın müəyyən etdiyi unikal ad
  2. dəyər - keçmiş fəaliyyətlərinizi xatırladan məlumat
  3. "kuki"-nin avtomatik olaraq silinmədən öncə brauzerinizdə nə qədər aktiv qalacağını müəyyən edən deaktivasiya tarixi.

Bu veb saytda istifadə olunan "kukilər" Beynəlxalq Ticarət Palatasının (İCC) Böyük Britaniya ofisinin "Kukilər barədə məlumat kitabçası"nda müəyyən edilən kateqoriyalar əsasında təsnif edilmişdir. Bu veb saytda istifadə olunan bütün "kukilər"in siyahısı aşağıda kateqoriyalara görə sadalanmışdır.

Həddən artıq vacib kukilər

Bu "kukilər" veb sayt daxilində hərəkət etməyə və veb saytın təhlükəsiz ərazilərinin qiymətləndirilməsi kimi xüsusiyyətlərindən istifadə etməyə imkan vermək üçün vacibdir. Onlar olmadan alış-veriş səbəti və ya elektron faktura kimi tələb etdiyiniz "kuki" xidmətlərini göstərmək mümkün olmaz. Bu "kukilər" həddən artıq vacib olduğuna görə onlardan istifadə etmək üçün sizdən icazə almırıq.

Fəaliyyət kukiləri

Bu "kukilər" istifadəçilərin veb saytdan necə istifadə etməsi, misal üçün, istifadəçilərin hansı səhifələrə ən çox daxil olması və onların veb səhifələrindən xəta ismarıcları qəbul edib-etməməsi barədə məlumat toplayır. Bu "kukilər" istifadəçini müəyyən edən məlumatları toplamır.

Veb saytın fəaliyyətini gücləndirmək məqsədilə məlumat toplamaq üçün "kukilər"dən istifadə edən veb analitikası bu kateqoriyaya daxildir. Misal üçün, onlardan dizayn formalarını sınaqdan keçirmək, istifadəçi üçün müvafiq görünüş və təəssüratın qorunub saxlandığından əmin olmaq məqsədilə istifadə edilə bilər.

Bunlardən bəziləri üçüncü şəxs veb analitikası proqram təminatından istifadə edərək veb saytımızda trafikə nəzarət etmək imkanı verən analitika kukiləri toplusudur. Misal üçün, biz bu işdə bizə kömək etməsi üçün "Google Analytics" və "Universal Analytics" kukilərindən istifadə edirik. Bu analitika kukiləri, eyni zamanda, istifadəçilərimizdən neçəsinin kişi, neçəsinin isə qadın olduğunu və müəyyən yaş qruplarına və ya maraq kateqoriyalarına aid olan istifadəçilərin sayını müəyyən edə bilər. Bu kukilərin topladığı bütün məlumatlar ümumiləşdirilir, buna görə onlar anonimdir. Onlardan yalnız veb saytın işləmə prosesini yaxşılaşdırmaq üçün istifadə olunur.

"Google" tərəfindən məlumatlarınızdan necə istifadə olunması barədə daha çox məlumat əldə edin və ya məlumatlarınızın "Google" şəbəkəsinə yönləndirilməsinin qarşısını alın.

"Catalyst Global" şirkətinin veb saytlarından istifadə etməklə siz bu növ kukiləri cihazınıza daxil etmək üçün bizə razılıq vermiş olursunuz.

Funksionallıq kukiləri

Bu kukilər veb saytın etdiyiniz seçimləri (misal üçün, istifadəçi adınız, dil və ya yerləşdiyiniz region) yadda saxlamasına və gücləndirilmiş əlavə şəxsi funksiyalardan istifadə etməyə imkan verir. Misal üçün, bu bukilərdən, həmçinin, mətnin ölçüsü, şrift və səhifələrin dəyişdirə biləcəyiniz digər hissələrinə etdiyiniz dəyişiklikləri yadda saxlamaq üçün istifadə oluna bilər. Onlardan, eyni zamanda, video izləmək və ya bloqa şərh yazmaq kimi tələb etdiyiniz xidmətləri göstərmək üçün istifadə oluna bilər. Bu kukilərin topladığı məlumatlar anonimləşdirilə bilər və onlar digər saytlardakı baxış fəaliyyətinizi izləyə bilməz.

"Catalyst Global" şirkətinin veb saytlarından istifadə etməklə siz bu növ kukiləri cihazınıza daxil etmək üçün bizə razılıq vermiş olursunuz.

Hədəfləmə kukiləri və ya reklam kukiləri

Bu kukilər sizə uyğun və maraqlı olan reklamların yerləşdirilməsini təmin etmək üçün sizin baxış vərdişləriniz barədə məlumat toplayır. Bu kukilərdən sizə daha çox uyğun və maraqlı olan reklamları yerləşdirmək üçün istifadə olunur. Onlardan, həmçinin, reklamların göstərilməsi sayını məhdudlaşdırmaq, o cümlədən reklam kampaniyalarının effektivliyinin qiymətləndirilməsinə kömək etmək üçün istifadə olunur. Bu kukilər, adətən, veb saytın operatorunun icazəsi ilə reklam şəbəkələri tərəfindən yerləşdirilir. Onlar hər hansı veb saytda daxil olduğunuzu yadda saxlayır və buməlumat reklam şirkətləri kimi digər qurumlara yönləndirilir. Hədəfləmə və ya reklam kukiləri, tez-tez, saytın digər qurum tərəfindən təmin edilən funksionallığı ilə əlaqələndiriləcəkdir.

"Catalyst Global" şirkətinin veb saytlarından istifadə etməklə siz bu növ kukiləri cihazınıza daxil etmək üçün bizə razılıq vermiş olursunuz.

Üçüncü şəxs kukilər və sosial şəbəkələr

"Catalyst Global" şirkətinin veb saytlarından hər hansı üçüncü şəxs veb saytlara göndərilən hiperəlaqəyə daxil olsanız (misal üçün, əgər "Catalyst Global" şirkətinin veb saytlarına məxsus kontenti sosial şəbəkılər vasitəsilə dostlarınız və ya həmkarlarınızla bölüşsəniz), həmin üçüncü şəxs saytlardan sizə kukilər göndərilə bilər.

Üçüncü şəxs veb saytlar "Catalyst Global" şirkətinin nəzarət edə bilməyəcəyi özünəməxsus məxfilik və kuki siyasətlərinə malik olacaqdır. Üçüncü şəxs veb saytların kukiləri və onların idarə olunması qaydaları barədə əlavə məlumat əldə etmək üçün, zəhmət olmasa, həmin saytlara daxil olun.