Bu ilin Fevral ayında "DStv Digital Media" şirkətinin komandaları dünya üzrə 600-dən çox komandaya qalib gələrək cari rekordu qırdılar. "Dream Team Catalyst" şirkəti 15 - 16 fevral tarixlərində 6 "Beat the Box" sessiyası keçirdi. Birinci gün 2-ci komandanın cari dünya rekordunu qırdığını görən hər kəs heyrətə gəldi. Bununla belə, onlar rekordu 24 saatdan az bir müddətə əllərində saxlaya bildilər, çünki tapşırıqlarla dolu 2-ci gün 5-ci komanda 2016-cı ilin yanvar ayında rekordların başladığından bəri ən qısa müddətdə oyunu tamamlayaraq "Beat the Box" üzrə yeni dünya çempionu oldular. "Dream Team Catalyst" şirkətindən gəlmiş təşkilatçılar iştirakçıları rəqabətcil olsa da, sadəcə oyun olan bu fəaliyyətdə əməkdaşlığın önəmini tez bir zamanda anladığına, daha vacib məqam olan məlumatları mübadilə etmək və bütün 22 komanda üzvünün gücündən maksimum yararlanmaq üçün qüsursuz plan tərtib etdiyinə, o cümlədən bu planı icra etdiyinə görə təbrik etdi.
"Beat the Box" komandaların bir sıra tapşırıq, tapmaca, məntiq məsələsi və fəaliyyətləri tamamlayaraq və kreativ həll yolları taparaq kodu qırmaq üçün müxtəlif bacarıqlarını birləşdirdiyi əsl timbildinq oyunudur. Qalib gəlmək üçün onlar vaxt bitmədən öncə kodu simsiz klaviş vasitəsilə daxil etməli və qutunun kidilini açmalıdırlar! "Beat the Box" 2016-cı ildə "Catalyst Global" şirkətinin timbildinq şəbəkəsi tərəfindən bazara daxil edilmişdir. Oyun tezliklə "Catalyst Global" şirkətinin 52 nümayəndə ölkədən ibarət şəbəkəsində məşhurluq qazandı.
O, dünyanın hər yerində təşkilatların diqqətini cəlb etdi və bu oyunda qızğın rəqabət var! Xalların dəqiq şəkildə toplanaraq qeydə alındığından əmin olmaq üçün ciddi qaydalar qəbul edilmişdir. "DStv Digital Media" şirkəti tərəfindən müəyyən edilmiş yeni rekord 55 dəqiqə 30 saniyəyə bərabərdir. 6 qitədən olan yüzlərlə komandanın iştirak etdiyi bu məşhur timbildinq tədbirində yeni rekord nə vaxt qırılacaq? Oyunu 55 dəqiqədən tez bir müddətdə tamamlamaq mümkündür?
"DStv Digital Media" şirkəti üçün hazırlanmış proqram 2016-cı ildə başlamış davamlı təlim və timbildinq proqramının bir hissəsidir. "Dream Team Catalyst" şirkətinin Cənubi Afrika komandası tərəfindən "DStv Digital Media" şirkəti ilə məsləhətləşərək unikal şəkildə dizayn olunmuş bu proqram fəaliyyətlər tamamlandıqdan sonra uzun müddət yadda qalan nəticələrə malikdir. Proqam "Catalyst Global" şirkətinin digər bir əyləncəli və dəyərli timbildinq proqramı olan, iştirakçılar bir araya gələrək 2 saatdan az bir müddətdə orkestrada ifad etdiyi "Orchestate!" fəaliyyəti ilə ötən sentyabr ayında başlamışdır. Videoda iştirakçıların üzlərində görünən və əməkdaşlıqdan irəli gələn sevinc hissi gözünüzdən yaş gəlməsinə səbəb olacaq! Proqramın növbəti mərhələsində "DStv Digital Media" şirkətinin komandaları sahibkar kimi düşünməyi təşviq edən və oyun əsaslı təlim olan "FreshBiz" seminarlarında iştirak etdilər. "FreshBiz" "Catalyst Global" şəbəkəsi tərəfindən böyük müvəffəqiyyətli 20 ölkədə 50.000-dən çox seminar iştirakçısına təqdim edilmişdir.
"DStv Digital Media" şirkəti "Africa Employer of Choice" sorğusunda ilk sıraları tutmaqla mükəmməl iş yeri kimi böyük nüfuzunu qoruyub saxlayır. 25 ildən çoxdur ki, "Dream Team Catalyst" şirkəti iştirakçılarda işə dair məmnuniyyəti artırmaq və sahibkarlıq subyektlərii üçün mükəmməl nəticələr ortaya çıxarmaq məqsədilə inam, əməkadşlıq və ünsiyyətin əsasını qoyan, əyləncəli və hərəkətli timbildinq və təlim proqramları təşkil edir.