Go Give

"Go Team" tətbiqində korporativ sosial məsuliyyət mövzulu timbildinq tədbiri ilə ianə verərək əylənin.

1 - 3 saat
Qapalı məkanda və açıq havada
Rəqabətcil / Kollektiv
8 - Limitsiz

Haqqında

Planşet və "Go Team" tətbiqindən istifadə edən komandalar xeyriyyəçilik layihəsini seçmək üçün nəzarət məntəqələrinə nəzər salırlar. "Go Team" tətbiqinin unikal istiqamət oxları komandaları seçilmiş keçid məntəqələrinə yönəldir. Həmin məntəqəyə çatan iştirakçılar GPS əsaslı tapşırıqları yerinə yetirmək, o cümlədən sualları cavablandırmaq, şifrli ipuclarını tapmaq, fotoqrafik meyarları tamamlamaq və vaxt məhdudiyyəti olan tapşırıqları yerinə yetirmək üçün əməkdaşlıq edirlər. Əldə edilən uğur seçilmiş xeyriyyəçilik layihəsinə töhfə verilməsinə sərf olunur. Daha sonra, komanda başqa bir məntəqəyə hərəkət edərək digər tapşırığı yerinə yetirir.

Komandalar möthəşəm xeyriyyəçilik yarışında irəlilədikcə yeniliklər, rəylər və xallar real zamanda qeydə alınır. Bazaya qayıdan hər bir komandaya nəzarət edilir və onlar əsas məntəqələrdə əlavə missiyaları yerinə yetirərək ümumi layihəyə töhfə verə bilərlər. Kreativ "Go Team" platforması bütün bacarıqlara və bütün ərazi növlərinə uyğunlaşır. "Go Team" iştirakçıları hərəkətli şəhərlərdə, kələ-kötür yollarda, meşəlik ərazilərdə və ya hətta su kütlələrində yarışa bilərlər.

"Go Team - Go Give" kombinasiyasının tətbiq formaları saysız-hesabsızdır: əməkdaşların fəallığının artırılması, heyətə təlim keçlməsi, məhsul tədqimatı, marketinq və reklam, oriyentasiya və ya rəylərin toplanması. Konfrans məkanından əlavə dünyanın fərqli nöqtələrində yaşayan insanlara yardım edərkən xüsusi öyrənmə nəticələrini kəşf edin, əylənin və enerjinizi yüksəldin.

Öyrənmə nəticələri

"Go Team - Go Give" kombinasiyası komandalar arasında rəqabət yaratmaqla yanaşı, digər tərəfdən bütün qrup üzvləri arasında ümumi məqsəd olan ianə vermək məqsədilə məkdaşlığı təşviq edir!

Korporativ sosial məsuliyyət nəticələri

Təsəvvür edin ki, hər dəfə siz korporativ timbildinq fəaliyyətində iştirak etdikdə ac bir uşağa yemək verilir… kimsə içməli su əldə edir… və ya bir ağac əkilir...

"B1G1" missiyası hər kəsin ianə verdiyi dünya yaratmaq olan sosial müəssisə və qeyri-kommersiya təşkilatıdır. Ənənəvi xeyriyyəçilik modellərindən fərqli olaraq, "B1G1" kiçik və orta ölçülü sahibkarlıq subyektlərinin unikal xeyriyyəçilik hekayələrini ərsəyə gətirmək məqsədilə gündəlik biznes əməliyyatlarına xeyriyyəçilik təşəbbüslərini daxil etməklə daha böyük sosial töhfəyə nail olmasına kömək edir. Hər bir biznes əməliyyatı (və nəticədə sizin gündəlik fəaliyyətləriniz) cəmi 1 sent qədər kiçik məbləğdən başlayaraq müxtəlif insanlara töhfə verə bilər.

"Go Team - Go Give" qüsursuz şəkildə "B1G1" xeyriyyəçilik layihələri ilə əlaqə yaradır. Tədbirdən əvvəl biz sizə komandanız üçün "B1G1" layihələrini seçməkdə kömək edir və arzuladığınız öyrənmə nəticələrindən asılı olaraq, qrupunuza uyğun süjeti və tapşırıqları müəyyən edirik.

Related Testimonial

Biz "Go Give" tədbirindən həqiqətən zövq aldıq. "The Go Team" fəaliyyəti əyləncəli idi və hər kəsə gülüş bəxş etdi. Belə hesab edirəm ki, biz bir-birimizin güclü tərəfləri barədə daha çox məlumat əldə etdik. Bu, möhtəşəmdir. Ən üstün cəhət birlikdə xeyriyyəçiliklə məşğul olmaq imkanı idi. Mən "Go Give" fəaliyyətini hər kəsə tövsiyə edirəm.

Cervello

Qiyməti öyrənin