Orchestrate!

Komanda cəmi 2 saat ərzində simfonik orkestra kimi ifa edir!

2 - 3 saat
Qapalı məkanda
Kollektiv
40 - Limitsiz

Haqqında

"Orchestrate" fəaliyyətində musiqi qabiliyyəti olmayan iştirakçılar cəmi 90 dəqiqə ərzində əsl simfonik orkestr kimi ifa etməyi öyrənirlər. İştirakçılar simli alətlər, taxtadan və bürüncdən hazırlanmış nəfəsli alətlər və zərb alətləri daxil olmaqla həqiqi musiqi alətlərində ifa etməyi öyrənirlər. Alətlər seçildikdən sonra onlar musiqi ekspertlərinin rəhbərliyi altında ayrı-ayrı bölmələrdə məşq edirlər. Onlar mahirlik səviyyəsinə çatdıqda dirijorun çubuğu altında qüdrətli simfonik orkestr kimi birləşərək xüsusi olaraq onlar üçün bəstələnmiş beş dəqiqəlik musiqini ifa edirlər. Nəticə təəccübləndiricidir.

Öyrənmə nəticələri

"Orchestrate!", şübhəsiz, bizim ən çox tələb olunan tədbirlərimizdən biridir. O, iştirakçıları qəbul edilmiş limitlərdən kənara çıxmağa vadar edir. Bunun üçün çox çalışmaq, diqqətini toplamaq və əsl komanda işi tələb olunacaqdır. Bu məşğələ bu qədər çətin olsa da, mükafatı heç vaxt unutmayacağınız təcrübədir. Simfonik orkestr komanda şəklində görüləni işlərə ən yaxşı nümunələrdən biridir. İştirakçılar arasında emosional və kreativ əlaqələr qurulmalı, müxtəlif işləri görən insanlar birlikdə ümumi məqsəd uğrunda mübarizə aparmalıdırlar.

Related Testimonial

Düşünürəm ki, hər şeydən öncə, bu tədbir yalnız sevinc və musiqinin gücününü insanları bir araya gətirməsini deyil, həm də bir qrup şəxsin ümumi məqsəd uğrunda birgə işləyən zaman nələrə qadir ola biləcəyini mükəmməl şəkildə göstərdi.

Ellery Ferguson, Educational Director
Tom Lee Music

Qiyməti öyrənin