Boom Time

Musiqili konfrans mövzulu tanışlıq sessiyası

20 - 45 dəqiqə
Qapalı məkanda
Kollektiv
20 - Limitsiz

Haqqında

"Boom Time" oyununda iştirakçılar "Boomwhacker" adlanan yüngül, içi boş, rənglərinə görə kodlaşdırılmış və uzunluğuna görə səs yüksəkliyinə uyğunlaşdırılmış plastik borularla ahəngli musiqi ərsəyə gətirirlər.

"Boomwhacker" alətləri ilə təchiz olunmuş konfrans iştirakçıları insana şövq verən musiqi simfoniyası ərsəyə gətirmək üçün əməkdaşlıq edən zaman vizual interfeysi rəhbər tuturlar. Vizual interfeys böyük ekranda rənglərlə kodlaşdırılmış blokları göstərir. İştirakçılar hər dəfə rəngli bloklar klavişə dəyən zaman öz borularını döyəcləmək və musiqi notları əmələ gətirmək üçün zamanlama və komanda işindən istifadə edirlər. Tədbir irəlilədikcə sürət və mürəkkəblik dərəcəsi artır, bloklar daha sürətlə döyəclənir və komanda artan ritmlə ayaqlaşmaq üçün daha qüvvətli şəkildə reaksiya verirlər.

Öyrənmə nəticələri

"Boom Time" adrenalini yüksəldən musiqini ifa etdikcə komandaları birləşdirən unikal tanışlıq sessiyası və ya enerjini artıran məşğələdir. Hər kəsə virus kimi yoluxan bu tanışlıq sessiyası hər hansı konfrans zalını hər kəsi canlandıran, həvəsləndirən və enerjini artıran, rəngarəng və sürətli orkestra çevirir. "Boom Time" konfransları canlandırması, komandada həyəcan və birlik hissi yaratması dünya miqyasında sübut edilmişdir.

Hər kəsin iştirak etməsini və qrup şəklində əməkdaşlıq etməsini tələb edən bu timbildinq fəaliyyəti səmimiyyət və komanda işini aşılayır. Bu, insanların gərginliyi aradan qaldırması və öz həmkarları ilə əylənməsi üçün mükəmməl vasitədir.

Related Testimonial

Tədbirin əvvəlində müşahidə olunan musiqili uyğunsuzluq bütöv və sinxron musiqi əsərinə çevrildi. Həyəcanlanmış və canlanmış nümayəndələr birlikdə nail olduqları nəticələr sayəsində birlik hissi ilə Milli Konfranslarına başlamağa hazır idilər!

Office Depot

Qiyməti öyrənin