Red Alert

Virusu dayandırmaq üçün kreativ düşünmə qabiliyyəti və komanda işindən istifadə edin.

1 - 1.5 saat
Qapalı məkanda və açıq havada
Kollektiv
12 - Limitsiz

Haqqında

Komandalar "Qırmızı həyəcan siqnalı" komandasının maskalı nümayəndəsinin təqdim etdiyi mənfur videonu seyr edirlər. Onlara bildirilik ki, kimsə kompüter sistemlərinə qanunsuz şəkildə daxil olub. Virus onların sistemlərini korlaya, şirkəti və şəxsi məlumatları birdəfəlik məhv edə bilər.

Hər bir komandaya taxta konteyner verilir və bildirilir ki, onlar 60 dəqiqə ərzində virusu karantinə salmaq üçün konteynerdəki hər bir tapmacanı həll etməlidirlər. Videoda onlara tapşırığı tamamlamaq üçün ipucu verilir. Vaxt başlayır və komandalar altı püşk əsasında altı ədəd tapmacanı həll etməyə çalışırlar. "Qırmızı həyəcan siqnalı" androidlər onlara ipucu verməyə hazırdır, ancaq bu, baha başa gəlir. Komanda öz konteynerində olan bütün altı tapmacanı həll etdikdən sonra tək rəqəmli kod ortaya çıxır.

Video onlara xatırladır ki, digər komandalara kömək edə bilmələri üçün bütün konteynerlərdə olan bütün tapmacalar tapılmalıdır. Bütün tapmacalar tapıldıqdan sonra komandalar hər bir konteynerdən götürdükləri kodları əsas "Qırmızı həyəcan siqnalı" sahəsinə aparırlar. Onlar kodu sahəyə daxil edir, geri sayımı dayandırır və virusu karatinə salırlar.

Öyrənmə nəticələri

"Qırmızı həyəcan siqnalı" komanda işi və problemlərin həll olunması bacarıqlarını əyləncəli və maraqlı şəkildə gücləndirən valehedici və eksperimental öyrənmə oyunudur. Həyəcan yaradan mövzu və vaxt məhdudiyyəti hər kəsin bütün fəaliyyət boyu iştirak etməsini təmin edir. Komandalar hər bir tapmacanı həll etmək məqsədilə ən yaxşı strategiyanı birlikdə müəyyən etmək üçün kreativ düşünmə qabiliyyəti və effektiv ünsiyyət bacarığından istifadə edirlər. Oyun irəlilədikcə komanda üzvləri birlikdə çalışmağı öyrənirlər. Onlar bir-birinin bacarıqlarını qiymətləndirir və başa düşürlər ki, fərdi istedadlar komandanın ümumi effektivliyi üçün vacibdir. Hər bir püşk zamanı tapmaca tamamlandıqda komanda üzvləri arasında əlaqələr güclənir və onlar uğuru birlikdə qeyd edirlər.

Onlar öyrənirlər ki, baxmaqla görmək arasında böyük bir fərq var. Komandalar tədricən problemə birdən çox bucaqdan baxmaq qabiliyyətini inkişaf etdirir və onu həll etmək üçün innovativ şəkildə düşünürlər. Oyunun son məqamlarında komandalar ümumi qrupun mənfəəti naminə digər komandalara kömək etmək məqsədilə əməkdaşlıq etdikcə öz tapmacalarını tapmaq üçün məlumatları açıq şəkildə bölüşməyə başlayırlar.

Related Testimonial

Red Alert" sizi düşünməyə vadar edir və problemləri həlletmə bacarıqlarınızı inkişaf etdirir. O, bizə bir fəaliyyətdən digərinə keçərkən komanda dinamikasını kəşf etmək imkanı verdi.

İnsan Resursları üzrə mütəxəssis Çiler Ay
Samsung Türkiyə

Qiyməti öyrənin