Quickfire Soccer

Komandalar futbolla əlaqədar zehni, fiziki əmək və kreativ düşüncə tələb edən tapşırıqları yerinə yetirmək üçün kreativlik və yaradıcılıq qabiliyyətindən istifadə edirlər.

30 dəqiqə - 2 saat
Qapalı məkanda və açıq havada
Rəqabətcil / Kollektiv
8 - Limitsiz

Haqqında

"Soccer Quickfire" hər kəsi məmnun etmək və maksimum şəkildə əyləndirmək üçün nəzərdə tutulmuş, mobil tətbiq əsasında oynanılan rəqabətcil timbildinq oyunudur. "FİFA Dünya Kuboku Heyəti"nin futbolçularını təmsil edən hər bir komanda tam enerjiyə malik iPad, bir çanta dolusu futbol ləvazimatları və kiçik miqdarda valyuta ilə oyuna başlayır. Onların missiyası ağıllı şəkildə investisiya qoymaq, digər komandaları geridə buraxmaq və hakim final fitini çalana qədər maksimum xal toplamaq üçün mümkün qədər çox tapşırığı yerinə yetirməkdir.

Oyun rəsmi şəkildə başladıqdan sonra komandalar hər biri giriş haqqı və müvəffəqiyyətli şəkildə tamamlanmasına görə mükafata malik olan tapşırıqları yerinə yetirməyə başlayırlar. Planşetin menyusunda təqdim olunan, zehni əmək, kreativ düşüncə və fəallıq tələb edən tapşırıqlar müxtəlif çətinlik səviyyələrinə və formalara (hərəkət fotoşəkilləri, video-nümayiş, futbol mövzusunda çox variantlı viktorina, məntiqi tapmacalar və s.) malikdir!

Öyrənmə nəticələri

"Soccer Quickfire" oyununda müvəffəqiyyətli komandalar risk və mükafatı ölçüb-biçmək üçün effektiv şəkildə əməkdaşlıq edirlər. Zaman azaldıqca iştirakçılar bir-biri ilə ünsiyyət quraraq digər komanda üzvlərinin hansı tapşırıqlara inamla cavab verə biləcəklərini bilməsinə şərait yaratmalıdırlar. Tapşırıqlar müvəffəqiyyətlə tamamlandıqca inam yaranır və iştirakçılar bir-birinin müxtəlif qabiliyyətlərini qiymətləndirməyi öyrənir.

Qrup halında yerinə yetirilən tapşırıqlar üçün komandalardan innovativ şəkildə düşünmək tələb olunur. Onlar birgə strategiya yaratmaq üçün effektiv ünsiyyət bacarıqlarında istifadə etməli, daha sonra cəld şəkildə və tərəddüd etmədən hərəkət etməlidirlər.

"Soccer Quickfire" oyununda iştirakçılar qəh-qəhəyə boğulacaqlar! Komandalarda şən əhval-ruhiyyə və fikir birliyi yaranacaq! Ən vacibi isə, iştirakçılar öz güclərini və digər komanda üzvlərinin fərqli bacarıqlarını qiymətləndirməyi öyrənirlər.

Related Testimonial

Bu, komanda dinamikasını ortaya çıxarmaq üçün əyləncəli üsul idi. Biz hal-hazırda kreativ düşünmə qabiliyyəti üzərində işləyirik və "Quickfire Soccer" bunu reallaşdırmaq üçün mükəmməl vasitə idi!

Implats

Qiyməti öyrənin