Need 4 Speed

Komandalar avtomobil modellərini bir araya gətirməklə prosesi təkmilləşdirməyi öyrənirlər.

1 - 2 saat
Qapalı məkanda
Rəqabətcil / Kollektiv
10 - Limitsiz

Haqqında

Model komponentlərindən ibarət toplu ilə qarşı-qarşıya olan komandalar "Snap together" konsepsiyalı (birləşdikdə avtomobil əmələ gətirən hissələr) avtomobillər rekord vaxt ərzində düzəltmək üçün sürəti artırmalıdırlar. Komandalardan həddən artıq səmərəli montaj mexanizmi formalaşdırmaq və işlərin ardıcıl yerinə yetirilməsi üçün saniyə dəqiqliyi tələb olunduğuna görə işlərin axınını optimallaşdırmaq vacibdir. Hər bir avtomobilin özünəməxsus tərzi və boltla bağlanan hissələri olduğunu başa düşdükdə təzyiq daha da artır. Keyfiyyət hər şeydir. Sedandan tutumuş idman avtomobilinə qədər yekun məhsul müştərinin gözləntilərini qarşılamalıdır. Sürətin əhəmiyyəti böyükdür, ancaq kiçik səhvlər komandalar xal cədvəlində aşağı pillələrə geriləməsinə səbəb ola bilər. Komandalar yeni şeylər öyrəndikcə və hər bir mərhələ nəzərdən keçirildikcə diqqət ayrı-ayrı komandalara deyil ən yaxşı istehsal mexanizmini hazırlamaq üçün komandalar arasında ən yaxşı təcrübələrin paylaşılmasına yönəlir. Yekun nəticələr əvvəlki iştirakçıların ən yaxşı nəticələri ilə müqayisə edilir.

Öyrənmə nəticələri

"Need 4 Speed" fəaliyyətində komandalar ən yaxşı təcrübələri və prosesi təkmilləşdirməyi hərəkətli və praktik kontekstdə kəşf edir, müəyyən edir və başa düşürlər. "Need 4 Speed" fəaliyyətində müvafiq metodologiya tətbiq olunarsa və bütün komanda üzvləri dəyişikləri reallaşdırmağı öhdələrinə götürüb həyata keçirərsə, prosesin necə təkmilləşdirildiyi aydın şəkildə göstərilir.

Avtomobil modellərinin həddən artıq möhtəşəm dizaynı və təmasla bağlı təbiəti bütün iştirakçıların içindəki uşağı ortaya çıxarmağa zəmanət verir.

Related Testimonial

Sadəcə fantastik səhərə görə təşəkkürümü bildirmək istəyirəm. "Need 4 Speed" tədbirində iştirak etmiş hər kəsdən gözəl sözlər eşitdik və fəaliyyətdən gözəl dərslər çıxardıq.

McDonalds

Qiyməti öyrənin