Flat Out Formula One

Komandalar həqiqi ölçüdə F1 yarış maşınları düzəldərək yarışırlar

2 - 3 saat
Qapalı məkanda və açıq havada
Rəqabətcil / Kollektiv
16 - Limitsiz

Haqqında

"Flat Out — Formula 1" oyununda komandalar məhdud müddət ərzində ayrı-ayrı hissələri birləşdirərək, demək olar ki, tam ölçüdə "Formula 1" maşını düzəldirlər. Maşınları düzəltdikdən sonra komandalar yarış zolağında diqqət cəlb etməsi üçün onları bəzəyirlər. Son olaraq, vacib məqam gəlib çatır və komandalar öz maşınları ilə start xəttində düzülürlər. Damalı bayraq yellənir və sükanın arxasında bir komanda üzvünün əyləşdiyi maşınlar yarışa başlayaraq zolaq boyunca irəliləyir. Heyrətamiz mükafatlandırma mərasimində ilk 3 yeri tutmuş komandalar kürsüyə çıxırlar.

Öyrənmə nəticələri

Komandalar vəzifə və tapşırıqları effektiv şəkildə bölməli, maşının plana uyğun olaraq və məhdud müddət ərzində düzəldilməsi üçün funskiyalar arasında əməkdaşlığın həyata keçirilməsini təmin etməlidirlər. Bu, uğur əldə etmək üçün bütün komanda üzvlərinin iştirak etməsini tələb edən çətin layihədir. Komandalar F1 maşınlarına diqqət çəkmək üçün kreativlik və sənətkarlıq bacarığından istifadə edirlər. Pit stop zamanı edilən dəyişiklik yarışda qalib gəlməyə və ya məğlub olmağa səbəb olduğuna görə komandalar prosesi yaxşılaşdırmaq üçün məşq edirlər. Son yarış komandalar arasında sağlam rəqabət abu-havası yaradır!

Related Testimonial

Ötən həftə ofisdən kənarda həyata keçirdiyimiz möhtəşəm tədbirə görə bir daha təşəkkür edirəm. Biz iştirakçılardan "Flat Out F1" tədbiri barədə gözəl sözlər eşitdik. Bu tədbir onları öz rolları barədə digərləri ilə əlaqəli şəkildə düşünməyə vadar etdi. F1 maşınını düzəltmək üçün əməkdaşlıq şərt idi və onlar gərgin yarışın yekun mərhələsini çox bəyəndilər!

Google

Qiyməti öyrənin