Meditainment

Diqqəti cəmləmək üçün interaktiv audio-vizual rahatlama sessiyası.

30 - 40 dəqiqə
Qapalı məkanda
Kollektiv
10 - 1000

Haqqında

Təbiətin səsləri və yüngül işıqlandırma altında iştirakçılar bələdçinin müşayiəti ilə səyahət edə biləcəkləri müxtəlif məkanların heyranedici təsvirlərini əhatə edən meditasiya sessiyasına dəvət edilirlər. Bu məkanlara gizli baxça, itmiş şəhər, okeanın dərinlikləri, dağ sığınacağı, səha vahəsi və mavi göl kimi heyrətamiz ərazilər daxildir. Ümumilikdə, seçim üçün 16 ərazi var və iştirakçılar meditasiyanı demokratik şəkildə müəyyən etmək üçün çoxrəngli fosfor çubuğunu sallamaqla səs verirlər. Daha sonra, onlar arxaya söykənir, rahatlayır, gözlərini qapayır və səyahət etdiklərini təsəvvür edərək rahat və xəyali yol boyunca meditasiyanın öz rifahları üçün faydalarından zönq alırlar.

İctimaiyyət və mətbuat tərəfindən “yorucu həyat tərzindən uzaqlaşmaq üçün sinirləri rahatladan vasitə” adlandırılan "Meditainment" fəaliyyətində istənilən şəxs ilk dəfə olaraq dinc beynin gücünü hissə edə bilər! Əvvəlcədən mediasiya təcrübəsinin olması qətiyyən vacib deyil. Bu, gözbağlı şəkildə rahatladıcı hekayə dinləmək qədər asandır!

Öyrənmə nəticələri

Özünüdərketmə meditasiyası psixoloji rifaha faktiki meditasiyadan daha çox müsbət təsirlər göstərir. Bu unikal meditasiya təcrübəsi nümayəndələrin rahatlamasına, diqqətini cəmləməsinə və seminarlara, problemləri kreativ şəkildə həll etməyə və ya konfransın əsas mesajlarını qəbul etməyə daha hazır olmasına kömək etmək üçün effektiv vasitədir. On dəqiqə ərzində hər kəs gümrah və stresin azaldılması, özünümotivasiya, istirahət, enerjinin bərpası və imkanların görmə kimi fərdi rifah mövzuları üzrə meditasiya sessiyasında iştirak etməyə hazır olacaqlar.

Meditainment Online!

Niyə bir addım da irəli gedib özünüdərketmə meditasiyasını işçilərin rifah strategiyasının bir hissəsinə çevirməyək? "Meditainment Online!" iş yerinizdə geniş yayılmış rifah sessiyalarını həyata keçirmək üçün mühüm onlayn kitabxanaya çıxışı təmin edir. "Meditainment" kitabxanasına çıxış birbaşa olaraq şirkətin daxili şəbəkəsindən və ya veb əsaslı korporativ idarəetmə və hesabatlılıq portalı vasitəsilə işçilərə təklif olunur. Daha çox məlumat əldə edin

Related Testimonial

İnsanı rahatladan meditasiya təcrübəsidir. Bu təcrübə hər kəsin diqqətini yenidən toplamasına və konfransdan maksimum faydalanmasına şərait yaratdı. O, bizim gözlədiyimizdən daha effektiv idi.

Young Entrepreneurs' Organization (YEO)

Qiyməti öyrənin