Integrity

Ardıcıl maraqlı tapşırıqlar vasitəsilə dəyərləri kəşf edin

1.5 - 2 saat
Qapalı məkanda və açıq havada
Rəqabətcil
10 - Limitsiz

Haqqında

100 dəqiqəlik vaxt ərzində gərgin şəkildə çlışan 5-8 nəfərdən ibarət komandalar hiylələrlə dolu 3 mərhələli tapşırıqlarda yarışırlar. Hər bir tapşırığı yerinə yetirmək üçün cəmi 20 dəqiqə vaxt ərzində ünsiyyət, liderlik və komanda işi maksimum şəkildə sınaqdan keçirilir. Adi problem həlletmə tapşırıqlarında fərqli olaraq, "Bütövlük" oyununda həm komandanın, həm də hakimin göstəricilərinin qiymətləndirildiyi yeni oyun dinamikası təqdim etməklə inqilab edilir!

Hər bir tapşırığın başlanğıcında növbəti komandaya nəzarət etməsi üçün əvvəlki komandadan könüllü hakim seçilir. Vaxt bitdikdə hakim komandanı yeddi meyara görə qiymətləndirir və daha sonra hakim özü həmin komanda tərəfindən qiymətləndirilir. Hər komanda öz mülahizəsinə əsasən hakimləri mükafatlandırmaq üçün beş ədəd "Bütövlük daşı"na malik olur. Beş ədəd fiziki tapmacadan ibarət mürəkkəb dövrədən sonra komandalar çətinliklə qazanılmış ümumi xallarını, o cümlədən "Bütövlük daşı"nın sayını elan edirlər və qaliblər açıqlanır.

Öyrənmə nəticələri

Bu cür ağıl və zəhmət tələb edən, yaxşı düşünülmüş tapşırıqlar silsiləsində dəyərləri və nəyin doğru olduğunu kəşf edin. "Bütövlük" oyunu iştirakçıların ünsiyyət və liderlik bacarıqlarını təhlil etdiyi, çevik komandalar formalaşdırdığı və onların fərdi xüsusiyyətlərinin ortaya çıxdığı maraqlı platforma təklif edir.

100 dəqiqə ərzində komandanın düşünmə qabiliyyətini tarazlayın. Oyun ərzində tədricən ortaya çıxan əsas gizli biznes mesajı iştirakçıları dünyaya öz həmkarları, müştərilər və təchizatçıların pəncərəsindən baxmağa təşviq edir.

"Bütövlük" oyunu müvafiq davranış tərzini təlqin etmək, şirkət daxili mədəniyyəti yoxlamaq, proaktiv müzakirə formalaşdırmaq və uyğun komanda qərarlarını təşviq etmək üçün təhlükəsizlik kontekst təklif edir. Ədalətli fərdi xüsusiyyət kimi bütövlük hər sahib olmaq istədiyi dəyərdir. Bütövlüyə malik olmaq doğru addımı etibarlı şəkildə atmaq deməkdir və bu, gələcəyi düşünən, gələcəklə bağlı planları olan bütün şirkətlər üçün vacib dəyərdir.

Korporativ sosial məsuliyyət nəticələri

"Bütövlük" üçün mahir şəkildə hazırlanmış, toxunmaya əsaslanan tapşırıq avadanlığı Almaniyanın Bavariya vilayətində yaşayan əlillər üçün qazanclı iş imkanı təklif edən seminarlarda əllə düzəldilir.

Qiyməti öyrənin