Flat Out Pyramid Puzzle

Komandalar böyük piramida hazırlamaq və onu bəzəmək üçün əməkdaşlıq edirlər

1.5 - 3 saat
Qapalı məkanda və açıq havada
Kollektiv
20 - Limitsiz

Haqqında

Bu innovativ və əyləncəli timbildinq fəaliyyətində hər bir komandaya avadanlıqlar, alətlər və hərtərəfli konstruksiya planları verilir, ayrı-ayrı hissələri birləşdirərək böyük piramida düzəltmək üçün birlikdə çalışmaq tapşırılır. Piramidanı düzəltdikdən sonra komandalar onu şirkətin marka mesajı, konfransın mövzusu və ya ola bilsin ki, seçdiyiniz xeyriyyə tədbiri ilə bağlı şüar və rənglərlə bəzəyirlər.

Hər bir piramida piramidanın digər seqmentləri ilə birləşdikdə vahid dizayn əmələ gətirəcək şəkildə bəzədilməlidir. Alternativ olaraq, birləşdirdikdən sonra piramidanın hissələrini bəzəmək üçün sifarişləri hazırlanmış yapışqan yarlıqlardan istifadə edilə bilər. Bütün qrupun mükafatlandırıldığı və əməkdaşlığa əsaslanan bu timbildinq fəaliyyətində bütün komandalar bir araya gələrək hər bir komandanın hazırladığı piramidadan böyük bir piramida düzəldərkən yarış davam edir.

Öyrənmə nəticələri

Bu məşhur timbildinq fəaliyyətinin ilk mərhələsində iştirakçılar fərdi şəkildə çalışaraq tapmacanın onlara düşən hissəsini hazırlayırlar. Təməl konstruksiya bloklarının vaxtında hazırlanması və yüksək standartlara uyğun olması üçün resursların idarə olunması və keyfiyyət nəzarət vacibdir. Ayrı-ayrı iştirakçılar konstruksiya bloklarının növbəti mərhələsini təşkil edən interaktiv problem həlletmə mərhələsində bir araya gələrək komanda şəklində çalışırlar.

Daha sonra bütün elementlərin bir-birinə uyğun gəldiyi piramida halında birləşdirilməsi ilə bağlı ümumi məqsədə çatmaq üçün bütün qrup birlikdə fəaliyyət göstərir. Yekun mərhələdə şirkətin çatdırdığı mesajın effektivliyi dərhal artır. Piramida ümumi məqsədə çatmaq üçün əməyin gücünü xatırladır. Bir neçə formanı hazırlayıb onları piramida halında birləşdirmək üçün problemlərin həll edilməsi bacarıqları tələb olunur - bu, bir növ böyük 3D tapmacadır!

Related Testimonial

Flat Out Pyramids" həyəcanlı və əyləncəli timbildinq fəaliyyətidir. Burada əsl məqsədyönümlülük hissi var və bu fəaliyyət komanda üzvlərimizin şirkətin məqsədi və missiyasını dərk etməsinə kömək etdi.

Anthony Sutcliffe, Director of Global Sourcing
Kingfisher Asia Limited

Qiyməti öyrənin