CSI

Komandalar müəammalı cinayətin üstünü açmaq üçün əməkdaşlıq edirlər

2 - 3 saat
Qapalı məkanda və açıq havada
Rəqabətcil / Kollektiv
12 - 300

Haqqında

"Crime Solvers International (CSI)" oyununda komandalar mürəkkəb cinayətin üstünü açmalı olan detektiv rolunda çıxış edirlər. Detektivlər komandası üçün realistik cinayət səhnəsi qurulur və onlara müxtəlif üsullarla böyük həcmli məlumatlar təqdim olunur. Əvvəlcədən qeydə alınmış təcili zənglər, hadisə yeri ilə bağlı videolar, şübhəlilərin videoyazıya alınmış müsahibələri, fotoşəkillər, tibbi ekspertizanın cavabları, stenoqrafiya hesabatı, məhkəmə dəlilləri və s. detektivləri çaşdırır və yanlış yönləndirir. Onların tapşırığı məlumatları incələyərk cinayətin üstünü açmaqdır.

Öyrənmə nəticələri

Bu yələncəli praktik biznes oyununda problemləri müvəffəqiyyətlə həll etmək üçün komanda üzvləri arasında əməkdşlıq tələb olunur. İştirakçılar kollektiv şəkildə müəyyən qənaətə gəlmək və faktlar müəyyən etmək üçün məlumatların prioritetləşdirilməsi, tənqidi təhlil və mümkün faktların effektiv şəkildə müzakirə edilməsi üzrə bacarıqlarını inkişaf etdirirlər. Mövzunun cəlbedici və realistik olması bütün iştirakçıları fəal şəkildə iştirak etməyə təşviq edir. Proses ərzində iştirakçıların məruz qaldıqları real təzyiqlər real cinayət araşdırması atmosferini yaradır, beləliklə effektiv ünsiyyət və vaxtdan səmərəli istifadəyə ehtiyac yaranır.

Related Testimonial

Crime Solvers International" orijinal, yaddaqalan və, eyni zamanda, əyləncəli oyun idi. "Catalyst" şirkətinin hər kəsin iştirak etməsini və özünü komandanın bir hissəsi kimi hiss etməsini təmin etməklə qrupumuzun fərqli xarakterinə uyğunlaşa bilməsini yüksək qiymətləndiririk.

Mihaela Ionita
Xerox Romania

Qiyməti öyrənin