Team Tonic

Komandalar məşhur Cin içkilərinin aromatik dadlarını düzgün tapmaq üçün yarışırlar.

30 dəqiqə - 1 saat
Qapalı məkanda
Rəqabətcil
8 - Limitsiz

Haqqında

Qısa təqdimatdan sonra komandalara qaydalar bildirilir və maddələrlə dolu qutu verilir. Bu mərhələdə lovğalanmağa və rəqibləri qıcıqlandırmağa imkan verilir, çünki oyunun sonunda dünyada ən məşhur cin markalarından bəzilərinin aroma çalarlarını üzgün tapan ilk qrup qalib gələcəkdir! Əllərinə üzərinə ətir vurulmuş sınaq zolağı verilmiş komandalar maddələrlə dolu dəstdəki hər bir nümunəni müəyyən etməyə çalışırlar. Görünüşcə sadə olan bu tapşırıq qısa vaxt içərisində komandaların bir araya gələrək nəyin nə olduğu barədə yekdil qərara gəldikləri həddən artıq əyləncəli müzakirəyə çevrilir. Komandalar yekun cavablarını təqdim etdikdən sonra cavablar açıqlanan zaman daha çox danışmağa və lovğalanmağa başlayırlar. Əməkdaşlığın nəticəsi olaraq iştirakçılar növbəti dəfə cin və tonik içərək yeni əldə etdikləri bilikləri müzakirə edirlər.

Öyrənmə nəticələri

"Team Tonic" deduktiv qabiliyyətləri rahat və ünsiyyətcil mühitdə sınaqdan keçirəcək əyləncə axşamı təqdim edir. "Team Tonic" timbildinq fəaliyyətini korporativ tədbirləri yekunlaşdırmaq üçün hər zaman istifadə olunan sessiya ilə birləşdirməkə korporativ konfransınız üçün mükəmməl bağlanış sessiyasıdır! Təşviqedici söhbət, şən rəqabət, insanı canlandıran bəzi cin və tonik içkilərindən zövq alın. Komandalar qısa müddətdə məlumatlı şəkildə qərarlar qəbul edir, digərlərini inandırmaq üçün inandırıcı nitq qabiliyyətindən və bədən dilindən istifadə edirlər. Bu cür zövq verən ünsiyyət fəaliyyəti komandaların digərlərinin fikirlərini dinləyərək, müzakirə apararaq kollektiv qərar qəbul etməklə rahatlamasına və gülərək əylənməsinə kömək edəcəkdir.

Related Testimonial

Necə də əyləncəli axşam idi. Cinin bu qədər mürəkkəb içki olduğunu bilmirdim. Rahatlamaq və insanları tanımaq üçün mükəmməl üsul idi.

Johnson & Johnson

Qiyməti öyrənin