Robot Revolution

İşlək robot düzəldin və onu bir sıra tapşırıqları yerinə yetirməsi üçün proqramlaşdırın

1 - 3 saat
Qapalı məkanda
Kollektiv
6 - Limitsiz

Haqqında

Komandalar KOBOTLAR (birgə iş mühitində insanlarla fiziki əlaqə yaradan köməkçi robotlar. Bu robotlar digərlərindən fərqli olaraq müstəqil şəkildə və ya məhdud təlimatlar əsasında fəaliyyət göstərmək üçün nəzərdə tutulmuşdur) üçün yeni standartın əsasını təşkil edən robotun yaradılması və proqramlaşdırılması tapşırılmış elmi tədqiqatçılardan ibarət qrupu təmsil edirlər. Komandalar texnologiya üzrə "ROBEL" mükafatını əldə etmək mübarizə aparırlar.

Komandalar öz robotlarını kreativ şəkildə yaradırlar. Daha sonra, onlar robotlarla Bluetooth vasitəsilə əlaqə yaradılrar. Hər bir komanda arzu olunan nəticələrə uyğun olan, müəyyən edilmiş müddət ərzində mövcud olan müxtəlif robot hərəkətləri arasından nail ola biləcəyi hərəkəti seçir. Onlar "Robot inqilabı" adlı komanda a dəstində yerləşən "Robot tətbiqi"ndə mövcud olan 360°-lik 3D təlimatlara addımbaaddım əməl edirlər. Onlar robotu işə salmaq üçün "Blockly" kodlaşdırma menyusundan istifadə edirlər! Son mərhələdə həddən artıq hərəkətli, əyləncəli və həyəcanlı rəqabət baş tutur.

Öyrənmə nəticələri

Robotun düzəldilməsi həddən artıq maraqlı və zəngin öyrənmə prosesidir. Komanda üzvləri bu cür kreativ və praktik prosesdə birlikdə çalışaraq əylənirlər.

Robotun hansı tapşırıqları yerinə yetirəcəyinə qərar verilməsi zamanı kollektiv qərar qəbulu bacarıqları və effektiv ünsiyyət tələb olunur. Dəqiq sınaq zolağının yaradılması ilə bağlı bir neçə tapşırığın idarə olunması və xüsusi hərəkətlərin proqramlaşdırılması üçün effektiv vəzifə bölgüsü və resursların idarə olunması tələb olunur. Bu cür eksperimental öyrənmə fəaliyyətində iştirak edərkən fərdi güclər komanda dinamikasının təməli kimi üzə çıxır.

Layihənin ümumi məqsədlərinə diqqəy yetirmək və məlumatların gizlədilməsi hallarının qarşısını almaqla bərabər müəyyən edilmiş tapşırıqların detallarına xüsusi diqqətin ayrılması vacibdir.

Related Testimonial

Robot Revolution" necə də innovativ və cəlbedici təcrübədir. Biz çox əyləndik və çox şey öyrəndik. Oyun bitən zaman özümüzü ekspertlər kimi hiss edirdik!

Samancor Chrome

Qiyməti öyrənin