Design Thinking

​"Design Thinking" bizim dərhal nəzərə çarpmayan alternativ strategiyaları müəyyən etmək məqsədilə fərziyyələr irəli sürməyə çalışdığımız təkrarlanan prosesdir.

Design Thinking

"Design Thinking" bizim ilkin mərhələdə dərhal nəzərə çarpmayan alternativ strategiyaları və həll yollarını müəyyən etmək məqsədilə istifadəçini anlamağa, fərziyyələr irəli sürməyə və problemləri yenidən müəyyən etməyə çalışdığımız təkrarlanan prosesdir. Eyni zamanda, "Design Thinking" problemləri həll etmək üçü həll yollarına əsaslanan yanaşma təmin edir. Bu, düşünmə və işləmə, o cümlədən praktik metodların toplanması üsuludur.

"Design Thinking" məhsul və ya xidmətləri hazırladığımız insanları başa düşmək marağına əsaslanır. O, hədəf istifadəçini müşahidə etməyə və onunla empatiya qurmağa kömək edir. "Design Thinking" problemin, fərziyyələrin və nəzərdə tutulan mənaların sorğulanması prosesində bizə kömək edir. "Design Thinking" yanlış şəkildə müəyyən edilmiş və ya məlum olmayan problemlərin problemin mərkəzinə insanı qoymaqla, breynstorminq sessiyalarında çox sayda ideyalar irəli sürməklə, prototiplərin hazırlanması və sınaqdan keçirilməsi zamanı praktik yanaşmadan istifadə etməklə həll olunması üçün həddən artıq faydalıdı. "Design Thinking", həmçinin, davamlı olaraq eksperimentlərin aparılmasını nəzərdə tutur: eskizin hazırlanması, prototipin hazırlanması, sınaq, konsepsiya və ideyaların yoxlanması.

Resurslara əsaslanan baxış tərzi

"Design Thinking", adətən, rəqabət üstünülüyü əldə etmək üçün rəqabət mühiti əvəzinə, şirkətin daxilinə nəzər yetirilməsi yolu ilə rəqabət üstünlüyünün əldə edildiyi yanaşma olan, resurslara əsaslanan baxış tərzi adlanan prosesi əhatə edir. Əgər resursda VRİO cəhətləri müşahidə olunursa, ondan qurumun rəqabət üstünlüyü əldə etməsi və onu qorumasına şərait yaratmaq üçün istifadə edilə bilər. VRİO cəhətlərinə bunlar daxildir: valuable (dəyərlidir)? rare (nadir tapılır)? costly to imitate(imitasiya etmək üçün xərc tələb olunur)?

"Design Thinking" fəaliyyətində innovativ düşüncənin rolu

VRİO resurslarından və ya "dəyərli resurslardan" istifadə etmək üçün innovasiya tələb olunur. Daha yaxşı nəticələr və rəqabət üstünlüyü əldə etmək məqsədilə resursların birləşdirilməsinin unikal və ya müxtəlif üsullarını formalaşdırmaq üçün innovativ düşüncədən istifadə edilməlidir.

Qənaətcil innovasiya sadə komponentlərdən ibarət innovasiyadır. Bu yolla aşağı dəyərli aktivlər yüksək dəyərli aktivlərə çevrilir. Əmtəələr nadir tapıldıqda insanlar ən bol və tam təbii resurs olan insan məharətindən problemləri həll etmək üçün istifadə etmək üçün öz potensiallarını ortaya çıxarmağa çalışırlar. Qənaətcil innovasiya texnoloji cəhətdən zəif ola bilər, ancaq o, həmçinin xidmətləri daha çox müştəri üçün daha münasib və daha əlçatan vəziyyət gətirmək üçün yüksək texnologiyadan istifadəni nəzərdə tuta bilər.

Bu proses ərzində düşünc tərzi adaptasiyaya hazır və çevik olaraq qalmalıdır. "Agile" metodologiyası və ya "Agile" komandaların layihə ilə bağlı qəbul etdikləri rəylər əsasında dərhal və gözlənilməz reaksiya verməsinə kömək edən prosesdir. O, inkişaf dövrəsi ərzində layihənin istiqamətini qiymətləndirmək üçün imkanlar yaradır.

"Design Thinking" fəaliyyətində kreativ proses və innovasiya heç zaman bitmir. Bazar dəyişdikcə siz də öz məhsulunuzu və ideyalarınız dəyişməli olursunuz. Eyni zamanda, bazar stabil şəkildə dəyişdiyinə görə sizə heç vaxt yekun məhsula sahib olmursunuz.

Müvafiq mövzu üzrə məşhur proqramlardan ibarət bu seçimə nəzər salın.
Qərar verməkdə çətinlik çəkirsiniz? Axtardığınız bu deyil?

Bizimlə əlaqə saxlayın

Daha çox müştəri hekayələri