River Runner

Komandalar çay ekspedisiyasında iştirak edərək liderlik, planlaşdırma və müştəri xidmətlərinin sirlərini aşkar edirlər.

2 - 3 saat
Qapalı məkanda
Rəqabətcil
20 - Limitsiz

Haqqında

Yüksək enerjili bu qapalı biznes oyununda hər bir komanda raftinq şirkəti kimi çıxış edərək dünyanın ən gözəl çaylarından birində ilk eniş hərəkətini uğurla icra çalışır. Komandalar planlaşdırma, öyrənmə və strategiyanın qurulması işlərini həyata keçirməyə başlayırlar. Daha sonra, onlar müxtəlif tapşırıqları yerinə yetirərək gözəl duyğular yaşamaq və yemək talonu qazanmaq üçün çay boyunca maksimum 15 günlük ekspedisiyada iştirak edirlər. Tam ölçülü qayıqlar, avarlar və bütün həqiqi ekspedisiya avadanlıqları oyuna effektiv zəmin hazırlayır, möhtəşəm video çəkilişi isə bu idman növünün həyəcanını həqiqətən yaşamağa imkan verir. Ən yüksək xalla yarışı ilk tamamlayan komanda qalib gəlir.

Öyrənmə nəticələri

Çay ekspedisiyasını təşkil etmək və onu uğurla tamamlamaq üçün uğurlu fəaliyyətin vacib komponentləri olan araşdırma, müştəri məmnuniyyəti, təhlükəsizlik və rentabellik arasında diqqətlə tarazlıq qurmaq lazımdır. Planlaşdırma və icra mərhələlərində komandalara bilərəkdən bir şəxsə lazım olduğundan daha çox məlumat verilir buna görə müştərilərə ən yaxşı nəticəni təqdim edə bilmək üçün məlumatlardan effektiv istifadə vacibdir. İştirakçılardan, həmçinin, rentabelliyi qorumaqla müştərilərə maksimum xidmətin göstərildiyini təmin etmək üçün büdcəni də tarazlaşdırmaq tələb olunur. Hər hansı məqsədyönlü fəaliyyətdə olduğu kimi uğur qazanmaq xatirinə diqqətli planlaşdırma mərhələsini qurban vermək istəyinə qarşı çıxmaq çox çətindir. Baxış keçirmək və müvafiq məlumatları əldə etmək üçün imkanlar sonsuz saydadır.

Related Testimonial

Hərəkətli biznes simulyasiyasında hər bir komandada olan 10 iştirakçının hamısı fəal şəkildə iştirak edərək müxtəlif funkisiyalar yerinə yetirdilər və ümumi məqsəd uğrunda birlikdə mübarizə apardılar. Tədbirin qapalı məkanda keçirilməsinə baxmayaraq, bu, həddən artıq real təcrübə idi!

Microsoft

Qiyməti öyrənin