Picture This

Komandalar ideyalarını çərçivəyə salınmış 6 ədəd karikatura şəklində ifadə edərək süjet xətti hazırlayırlar.

1 - 2 saat
Qapalı məkanda və açıq havada
Rəqabətcil / Kollektiv
6 - Limitsiz

Haqqında

"Picture This" fəaliyyətində komandalara əvvəlcədən müəyyən edilmiş mövzu verilir. Qrafik təsvirlərdən ibarət rejissor planı və aksesuarlarla təchiz olunmuş iştirakçılar çərçivələnmiş 6 ədəd karikatura şəklində verilmiş mövzunu necə təmsil edəcəklərini müzakirə edirlər. Süjet xəttini müəyyən etdikdən sonra onlar rolları bölüşdürürlər. Aktyorlar qrimlənir və kreativ fotoşəkil əmələ gətirmək üçün müəyyən pozada dayanırlar. Hər kəs yerində dayandıqdan sonra onlar fotoşəkilləri birləşdirərək karikatura əmələ gətirmək üçün sadə proqramdan istifadə edirlər. Gözlənilməz sonu olun final mərhələsində bütün səhifələr birləşdirilərək vahid ardıcıl hekayə əmələ gətirilir. Hamıda maraq oyadan bu yaddaqalan kuliminasiya nöqtəsində bütün qrup uğur qazanır.

Öyrənmə nəticələri

"Picture this" fəaliyyətində komandalar cəmi altı ədəd çərçivədə mənalı mesaj çatdırmaq üçün müxtəlif kreativ düşüncələr və komanda işindən istifadə edirlər! "Picture This" şirkətin missiyaları və məhsullarla bağlı hekayələri kəşf etmək üçün mükəmməl vasitə və ya növbəti Milad şənliyi yaxud mövsümi korporativ şənlik üçün sadəcə əyləncəli timbildinq tədbiridir. Komandalar unikal süjet xətti hazırlamaq üçün kreativ düşüncə və yumordan istifadə edirlər. Hər bir səhnəni əks etdirmək məqsədilə fotoşəkilləri çəkmək üçün resurslardan səmərəli istifadə və məharət tələb olunur. Kollektiv yanaşmadan istifadə etmək üçün bütün komandalara eyni mövzu verilir və komandalara verilmiş karikatura zolaqlarının hər biri vahid uzun hekayə əmələ gətirmək üçün bir araya gətirilməlidir. Karikatura zolaqlarını fəaliyyət barədə əyləncəli xatirə kimi fincanların və ya köynəklərin üzərinə çap etdirmək olar.

Related Testimonial

Picture This!" bizim bir az qeyri-ciddi olmağımız və birlikdə əylənməyimiz üçün mükəmməl bəhanə idi. Biz komandaya gündəlik prosesləri icra edərkən ən yaxşı üsulu seçmək üçün kreativlik və innovasiyanın daimi əhəmiyyətini vurğulamaq təcrübəsindən istifadə etdik.

Vodafone

Qiyməti öyrənin