Funk the Junk

Komandalar təkrar emal olunan tullantılardan hazırlanmış musiqi alətlərindən ibarət orkestrdə ifa edirlər

1 - 1.5 saat
Qapalı məkanda və açıq havada
Kollektiv
25 - 60

Haqqında

"Funk The Junk" şəhərin tullantılarından istifadə etməklə həvəslə yenidən ixtira olunmuş və peşəkar şəkildə tənzimlənmiş musiq alətləri ilə musiqiyə yeni yanaşma təqdim edir. Heç vaxt görülməmiş qrup əmələ gətirmək üçün komandanızın kollektiv kreativliyinin ortaya çıxması sizi heyrətə gətirəcəkdir. İştirakçılar akustik səviyyələri improvizə etmək, bəstələmək, istiqamətləndirmək, kəşf etmək və təcrübədən keçirmək yolu ilə qeyri-müəyyənlikdən xilas olaraq ayaqla ritm tutmaqla əylənməyə başlayacaqlar. Qrup tənzimlənmiş təzyiq çənləri açılıb-qapanan telefonlar və ahəngdar yanğın zəngləri kimi qeyri-adi ixtiralardan istifadə edərək gözəl və emosional musiqi ərsəyə gətirəcəkdir.

Öyrənmə nəticələri

"Funk the Junk" komandalar arasında inam, ortaq vizyon və müsbət yanaşmalara diqqət çəkmək üçün kreativliyi diqqətin cəmlənməsi ilə birləşdirir. Mütərəqqi biznes strategiyası üçün gələcəyi yenidən təxəyyül etmək vacib olduğuna görə "Funk the Junk" fəaliyyətində iştirakçılar məhdud resurslarla limitləri aşmağa təşviq olunurlar. Bu cür hərtərəfli fəaliyyət hər növ xarakterə uyğun olan və onu əks etdirən bərabər səviyyəli platforma yaradır. Təxəyyülünüzün limitlərini aşın və həmkarlarınızın əylənərək, gülərək və gülümsəyərək həyəcanverici və əyləncəli səs sensiyası yaratmasına şahidlik edin.

Related Testimonial

Musiqi ifa etmək üçün adi əşyalardan istifadə etmək möhtəşəm üsul idi. Bu, bizim hamımıza innovativ təkrar emal prosesini xatırlatdı. Biz çox əyləndik!

Philips

Qiyməti öyrənin