Flat Out Rickshaw Rally

Komandalar tam ölçülü iki və ya üçtəkərli sərnişindaşıma arabası dizayn edərək düzəldir və yarışırlar

1 - 2 saat
Qapalı məkanda və açıq havada
Rəqabətcil / Kollektiv
20 - Limitsiz

Haqqında

"Flat Out Rickshaw Rally" fəaliyyətində komandalar qısa müddət ərzində iki və ya üç təkərli sərnişindaşıma arabalarını düzəldirlər. Tam düşünülmüş plan əsasında hərəkət edən komandalar materialları kartondan düzəldilən yarış maşınına çevirirlər. Arabanı düzəldib qurtardıqdan sonra onu ön plana çıxarmaq üçün bəzəyirlər.

Tapşırığın sonunda komandalar öz arabalarını sürət və nəzarət sınğında digərlərinə qarşı yarışdırırlar.

Öyrənmə nəticələri

Material dəstini iki və ya üçtəkərli sərnişindaşıma arabasına çevirmək üçün komanda işi, resurslardan səmərəli istifadə və ünsiyyət bacarıqları tələb olunur. Ümumi məqsədi tam başa düşməklə, alt komandalar formalaşdırmaqla və paralel şəkildə işləməklə bu mürəkkəb layihəni effektiv şəkildə tamamlamaq mümkündür.

Eyni zamanda, bu arabaları bəzəmək üçün kreativlik tələb olunur.

Related Testimonial

Mən möhtəşəm nəticələrə malik, əyləncəli və maraqlı fəaliyyətə görə təşəkkürümü bildirmək istəyirəm. "Flat Out Rickshaw Rally" iştirak etməkdən zövq aldığım ən yaxşı tədbirlərdən biridir.

Barclays Capital

Qiyməti öyrənin