Win It In A Minute

Komandalar "Minute it to Win It" tapşırıqlarını yerinə yetirmək üçün komanda işi və ünsiyyət bacarıqlarından istifadə edirlər

30 dəqiqə - 2 saat
Qapalı məkanda və açıq havada
Rəqabətcil
10 - Limitsiz

Haqqında

Televiziyada yayımlanan oyun şoularından ilhamlanaraq yaradılan "Win It In A Minute" fəaliyyəti komandalarınızın 60 saniyəlik müxtəlif və qeyri-adi tapşırıqları yerinə yetirən zaman yaşayacağınız həyəcanverici anlarla doludur. Moderatorlar hər bir tapşırığı açıqlayan zaman komandalar öz aralarında məsləhətləşir və hansı komanda üzvünün həmin tapşırığa ən uyğun olduğunu müəyyən edirlər. Komanda üzvləri seçildikdən sonra onlar 1 dəqiqə ərzində tapşırığı yerinə yetirir və növbəti tapşırığa keçirlər. Proqram boyunca moderatorlar komandaların neçəni yerdə olduqlarını bilmələri üçün xal cədvəlini yeniləyirlər. Komandaların əlavə xal qazanaraq fəaliyytə boyunca enerjini yüksək səviyyədə saxlaması üçün əlavə tapşırıqlar və fəaliyyətlər də mövcuddur.

Öyrənmə nəticələri

"Win It in a Minute" hərəkətli, enerjili və əyləncəlidir. O, həmçinin, komanda üzvləri arasında ünsiyyət bacarıqları və komanda strategiyası üçün böyük faydalara malikdir. Tapşırıqlar tamamilə əyləncəli və hərtərəflidir. Açıq format hər kəsin səhnəyə çıxaraq təzyiq altında olmadan rahat şəkildə iştirak etməyə cəsarət etməsini təmin edir. Komandaların hər zamankı iş mühitindən kənara çıxaraq hədələyici olmayan formada bir-birini tanımasının əməkdaşların əhvalını yüksəltdiyi sübut edilmişdir. Tapşırıqlar tamamilə əyləncəli və hərtərəflidir. Açıq format hər kəsin iştirak etməyə cəsarət etməsini təmin edir.

Related Testimonial

Win it in a Minute" necə də əyləncəli və hərtərəfli fəaliyyət imiş. Hər kəs özünü eyforiyada hiss edirdi və bu, bizim üçün əhvalımızı yüksəldən möhtəşəm ortaq xatirə oldu.

Bupa

Qiyməti öyrənin