Team Torque

Komandalar maşın hissələrini əldə edərək bir araya gətirmək, maşını bəzəmək və qısa məsafəli, yüksək sürət tələb edən yarış yarışmaq üçün tapşırıqları yerinə yetirirlər.

1 - 2 saat
Qapalı məkanda
Rəqabətcil
40 - Limitsiz

Haqqında

Komandalar qısa məsafəli, yüksək sürət tələb edən yarışın final mərhələsi üçün vacib maşın hissələrini əldə etmək məqsədilə tapşırıqları yerinə yetirərək xallar qazanırlar. Dinamik maşın yarışı mövzulu bu timbildinq tədbirində maksimum enerji və kreativliyin şahidi olacaqsınız. Auditoriya həvəslə və həyəcanlı şəkildə ilk yarışın başlamasını gözləyir. Komandalar bir sıra tapşırıqlarda komanda şəklində iştirak edərək öz maşınlarını düzəldirlər. Onlar öz komandalarını dəstəkləmək və ruhlandırmaq üçün banner və reklam materialları hazırlayıb onları bəzəyirlər.

Daha sonra, yarışın başlama vaxtı gəlib çatır. Komandalar start xəttinə düzülür. Bayraq sallananda mexaniklər raketə hava vuraraq maşını start xəttindən irəliyə itələyirlər. Maşınlar nə qədər düz və real şəkildə irəliləyərsə, o qədər çox məsafə qət edəcəkdir. Əlbəttə ki, ən çox məsafə qət edən maşın qalib seçilir!

"Team Torque" həqiqətən insanları şənləndirən tədbirdir və final yarışının başlması nahar və ya fasilələrlə əlaqədar günün sonuna qədər çəkə bilər.

Ona görə, mühərriklərinizi işə salın . . . . sürəti artırın. . . . və yarışa hazırlaşın!

Öyrənmə nəticələri

Komandalar müəyyən edilmiş müddət ərzində maşın hissələrini əldə edərək məhdud resurslarla maşın düzəltmək üçün silsilə tapşırıqlar zamanı ünsiyyət, liderlik və layihələrin idarə olunması bacarıqlarından istidadə etməlidirlər. Komandanın şüarı və bannerini dizayn etmək üçün kreativlik və innovasiya tələb olunur. Yarışın özü əyləncəli, hərəkətli və ruhlandırıcı olmaqla komanda dinamikasını gücləndirir və komandaları hərəkətləndirir.

Korporativ sosial məsuliyyət nəticələri

"Team Torque" korporativ məsuliyyət təşəbbüsləri üçün idealdır. Ondan məktəblər, xəstəxanalar və fəlakət qurbanlarına yardım üçün pul toplamaq məqsədilə istifadə olunmuşdur. Tədbirdən əvvəl komandalar öz maşınları üçün sponsor taparaq toplanan vəsaitləri seçdikləri xeyriyyə qurumuna verə bilərlər. Digər hallarda komandalar qalib komandalara görə mərc edirlər və qaliblər mükafatları xeyriyyə qurumlarına verirlər.

Related Testimonial

Team Torque" fəaliyyətini bütün əməkdaşlarımız çox bəyəndi və o, komandamızın inkişafınd böyük rol oynadı. Tezliklə "Catalyst" şirkəti ilə növbəti tədbiri planlaşdırmaq niyyətindəyəm!

Wataniya Telecom

Qiyməti öyrənin