Making The News

Komandalar mətbuat komandası rolunu icra edərək biznes bacarıqlarını tətbiq edirlər

2 - 3 saat
Qapalı məkanda və açıq havada
Rəqabətcil
20 - Limitsiz

Haqqında

"Making The News" fəaliyyətində komandalar iki-üç saat ərzində xəbər başlıqları ilə kifayətlənməyərək sözün əsl mənasında ön səhifə xəbərlərini hazırlayacaq və konfrans mesajlarının hekayələrini təqdim edəcəklər. Bu cür əyləncəli, sürətli və enerjili timbildinq fəaliyyəti komandanızı rahatlıq zonasından çıxaracaq və onları qəzet nəşriyyatı dünyasına aparacaqdır. Tapşırıq sadə səslənir.

Komandaların görməli olduğu iş qəzetin həmin gün baş tutan konfrans barədə məlumat verən ön səhifəsini tərtib etməkdir. Bununla belə, komandalar yalnız xəbəri çatdırmaqla kifayətlənməyəcəklər. Onlar qəzetin adını müəyyən etməli, bir sıra məqalələri tamamlamalı, elan hazırlamalı və hətta bizneslə bağlı proqnoz yazmalıdırlar.

Bu, nümayəndələrinizi biznesin gedişatı barədə düşünməyə və danışmağa vadar edəcək, tədbirdən uzun müddət sonra belə xatırlanacaq effektiv ortaq təcrübədir.

Öyrənmə nəticələri

Bu, konfransın məzmunun möhkəmləndirmək və ya bizneslə bağlı məsələləri kəşf etmək üçün müvafiq həll yoludur. "Making the News" dəyişiklərin idarə olunması, gələcəyin təsəvvür edilməsi, şirkətin dəyərlərinin yenidən təsdiqlənməsi və ya siyasət və normaların intellektual şəkildə sorğulanması kimi şirkətiniz üçün müvafiq olan fəaliyyətlərlə bağlı kollektiv kreativliyə əsaslanır. Proqram ərzində işləri vaxtında çatdırmaq üçün layihələrin effektiv şəkildə idarə olunması tələb olunur. Hər bir komandanın tərtib etdiyi qəzet fəaliyyətin baş tutduğu məkanda nümayiş etdiriləcəkdir. Gələcək tədbirlər üçün yol xəritəsi formalaşdırmaq məqsədilə qəzeti özünüzlə iş yerinə apara bilərsiniz.

Korporativ sosial məsuliyyət nəticələri

Bu fəaliyyətdə, adətən, iştirakçılardan gələcəklə bağlı xəbərləri proqnozlaşdırmaq tələb olunur. O, korporativ sosial məsuliyyətlə bağlı bəyannamənizin elementlərini kəşf etmək üçün faydalı vasitə təqdim edir: sabahın xəbərlərinin proqnozlaşdırılması iştirakçıların ətraf mühitin məruz qalacağı təsirləri və korporativ sosial məsuliyyət siyasətini həyata keçirmək üçün görülə biləcək tədbirləri müəyyən etməsinə şərait yaradacaq möhtəşəm sınaq prosesini təmin edir.

Related Testimonial

Making The News" komandaların motivasiyasını yüksək səviyyədə saxlayan və onlarda məmnuniyyət hissi yaradan həyəcanverici timbildinq məhsuludur. O, komanda işi, biznes nəticələri və innovasiyanı təşviq etmək üçün mükəmməl fəaliyyətdir.

Alison McLaughlin, Head of Learning and Development
Lane Crawford

Qiyməti öyrənin