Go Remote

Xüsusi olaraq, ofisdən kənarda çalışan işçilər üçün nəzərdə tutulmuş əyləncəli timbildinq fəaliyyəti

30 dəqiqə - 1.5 saat
Qapalı məkanda
Rəqabətcil / Kollektiv
6 - Limitsiz

Haqqında

Mükafata layiq görülmüş "Go Team" tətbiqinin bütün əyləncəsi, xüsusi olaraq, ofisdən kənarda çalışan işçilər üçün nəzərdə tutulmuşdur. Hər bir komanda üzvü fəaliyyətə dəvət olunur, onlara QR kodu və tətbiqin yüklənməsi təlimatları verilir, iştirakçılar oyuna daxil olurlar. Fəaliyyət zamanı siz əyləncəli kollektiv tapşırıqları, o cümlədən viktorinalar, video və şəkillərdən ibarət tapşırıqları sadə məişət əşyalarından istifadə etməklə müəyyən edilmiş vaxt ərzində yerinə yetirməlisiniz. Tapşırıqları tamamilə arzu etdiyiniz nəticələrə uyğunlaşdırmaq mümkündür. Siz qısa və əyləncəli fəaliyyəti təşkil etməyi yaxud daha əsaslı öyrənmə nəticələrini əhatə edən fəaliyyətləri birləşdirməyi seçə bilərsiniz.

Komanda üzvləri arasında əlaqə seçdiyiniz video-konfrans tətbiqi və ya "Go Team" tətbiqi vasitəsilə qurula bilər. Ekspert moderatorlar onlayn şəkildə tədbirə nəzarət edəcək və fəaliyyətin sonunda iştirakçıların təəssüratlarını öyrənəcəkdir.

Öyrənmə nəticələri

"Go Remote" fəaliyyətinin üstünlüyü onun elastikliyidir. Tapşırıqlar enerjini artıran qısa məşğələlərdən öyrənmə və inkişaf proqramına qədər arzu etdiyiniz nəticələrə uyğunlaşdırıla bilər. Siz həm də komandaların işləmək və əlaqə qurmaq tərzlərini müəyyən edə bilərsiniz. İştirakçılar müstəql şəkildə çalışa və fəaliyyətin sonunda bir araya gələrək qazandıqları təcrübəni müzakirə edə bilərlər. Onlar digər komandalarla rəqabət apararaq tətbiq vasitəsilə əməkdaşlıq edə və yazışa bilər, eyni zamanda, digər komandalarla müqayisədə öz nailiyyətlərini real zaman çərçivəsində izləyə bilərlər. Konkret tapşırıqlarda əvvəllər birlikdə işləmədəyiniz bir və ya bir neçə komanda yoldaşı ilə əməkdaşlıq etmək tələb oluna bilər. Seçimlər sonsuz saydadır.

remote teams

Remote Team Activity

This activity has been designed for people who work remotely. Your team may be working from home, in different regional office locations or in different countries! Love the theme but want a face to face or hybrid solution? Get in touch to find out how we can customise this experience for your team.

web or app


Web and App based remote team building programs

Did you know we offer activities on both web and app? Ask us which remote programs suit your situation.


Qiyməti öyrənin