Haqqında
Nəhəng komiks zolağının hazırlanmasına əsaslanan, planlaşdırma, ünsiyyət və kreativlik üzərində qurulan tədbir. Tapşırığa əsasən bütün komandalar əvvəlcədən çəkilmiş böyük ölçülü süjet çərçivələri üzərində birlikdə komiks zolağı hazırlamalıdırlar. Çərçivələrin müəyyən ardıcıllığı var, ancaq bu ardıcıllığın necə olduğu bildirilmir və bunun üçün canlı debat aparılmalıdır. Tədbirin sonunda çizgi filminin "canlı" təqdimatı baş tutur.
Öyrənmə nəticələri
"Cartoon Capers" xüsusi mövzunun kəşf edilməsi və ya konfransın əsas mesajlarının gücləndirilməsi üçün əyləncəli, insanı düşünməyə vadar edən və yaddaqalan vasitədir. Fəaliyyətin qeyri-formal xarakteri canlı müzakirəyə şərait yaratmaqla hər kəsi öz düşüncələrini kəşf etməyə və onları effektiv şəkildə qrupa tqədim etməyə təşviq edir. Komandalar öz düşüncələrini çizgi filmə ötürmək üçün kreativlikdən istifadə etməlidirlər. Bədii ifadə üsullarından istifadə edən iştirakçılar rahatlayır və öz nailiyyətlərinə görə böyük qürur hissi duyurlar.