Survival!

Sağ qalmaq üçün lazım olan bacarıqları öyrənərək komanda dinamikasını dərk edin və digərlərinə hörmət edin

3 - 8 saat
Açıq havada
Rəqabətcil
10 - Limitsiz

Haqqında

Maksimum 25 nəfər üçün nəzərdə tutulmuş "Survival" fəaliyyətində iştirakçılar açıq havada yerləşən yeni mühitdə yerləşdirilir. "Survival" fəaliyyətində iştirakçılar bu mühitdə sağ qalmaq üçün onlara müxtəlif bacarıqlar aşılayan bir sıra fəaliyyətlərdə iştirak edirlər. Bu fəaliyyətlərə yığıcılıq, bitkilərin müəyyən edilməsi, korporativ sosial məsuliyyət, ilk yardım, yüksəklikdən iplə aşağı enmək, yüksəklikdə ip üzərində yerimək, improvizə edilmiş xərək, işıqlandırma üçün məşəldən istifadə, sığınacaq düzəltmək, tələ qurmaq, ibtiadi balıqçılıq, istiliyə nəzarət və s. daxildir.

İştirakçılar məkana çatdıqda dərhal sağ qalmaq üçün yeni bacarıqları mənimsəməyə başlayırlar və səriştəlilik davamlı şəkildə artdıqca, o cümlədən komanda ruhu və mütəşəkillik yarandıqca əhval-ruhiyyə yüksəlir! Həmçinin, vacib timbildinq komponenti olan əyləncəni əlavə etmək məqsədilə teatr və əyləndirmə funksiyalarını fəaliyyətə daxil etmək üçün qarışıq ssenarilər mövcuddur!

Öyrənmə nəticələri

"Survival!" fəaliyyətində iştirakçılar hər zamankı mühitdən çıxaraq yeni bacarıqlar mənimsəyirlər. Evin rahatlığını geridə buraxan komandalarda dərhal inam və bir-birindən asılılıq hissi formalaşmalıdır. Ahəngdar şəkildə fəaliyyət göstərmək üçün komanda üzvləri digər qrup üzvlərinin iş tərzlərini qiymətləndirməli və onlara hörmətlə yanaşmalıdırlar. Xüsusi yarışlarda uğur qazanmaq üçün qarşılıqlı inam tələb olunacaqdır.

Mühitə nəzarət edilir və fəaliyyətlər çətin olsa da, hər kəsin iştirak edərək fərdi nailiyyət hissi ilə fəaliyyəti tamamlayır. Tədbirdən əvvəl biz iştirakçılara və arzu olunan nəticələrə uyğun olan ən yaxşı məkanı və fəaliyyətləri seçmək üçün sizinlə əməkdaşlıq edəcəyik.

Related Testimonial

Biz bu təcrübəni heç vaxt unutmayacağıq. O, bizim bir-birimizlə bağlı düşüncələrimizi əbədi dəyişdirdi və bizə ömürlük bacarıqlar bəxş etdi.

BP

Qiyməti öyrənin