Chain Reaction Lifesize

Həqiqi ölçülərə malik ardıcıl qurğular silsiləsi düzəldin

2 - 8 saat
Qapalı məkanda və açıq havada
Kollektiv
10 - Limitsiz

Haqqında

"Chain Reaction Life Size" fəaliyyətində komandalar mürəkkəb mexanizm yaratmaq üçün əməkdaşlıq edirlər. Hər bir komanda sadə tapşırığı yerinə yetirən qurğu düzəldir və onu növbəti komandanın qurğusu ilə əlaqələndirir. Onlar bir qurğunun hərəkətə gətirilməsi ardıcıl olaraq növbəti qurğunu hərəkətə gətirən domino effekti yaradırlar. Komandalar qurğularının müvafiq qaydada fəaliyyət göstərdiyindən əmin olmq üçün onları yoxlamalı və yenidən tərtib etməlidirlər.

Daha sonra, onlar qurğular arasında mükəmməl ardıcıllığın olduğundan əmin olmaq üçün növbəti komanda ilə əməkdaşlıq edirlər. Sonda bütün qurğular ardıcıl olaraq hərəkət etməklə tam və ardıcıl səbəb-nəticə seriyası formalaşdırır. Qurğular tamamlandıqdan sonra ilk komanda zəncirvari reaksiyanı işə salır və bu, növbəti komandanın qurğusunu hərəkətə gətirir. Beləliklə otaq boyunca nəhəng zəncircvari reaksiya tamamlanır. Rub Qoldenberqin mexanizminə bənzəyən bu mexanizm sadə tapşırığı dolayı və həddən artıq mürəkkəb formada yerinə yetirərək sadə, ancaq çox gözəl yekun nəticə ərsəyə gətirmək üçün dizayn olunmuşdur.


Öyrənmə nəticələri

"Chain Reaction" real layihələri təqlid edir, çünki burada komandalara məhdud vaxt və resurslar verilir. Planlaşdırma mərhələsində komanda dinamikası və insan resurslarının idarə olunması təcrübədən keçirilir, çünki dizayn prosesi kiçik seqmentlərə bölünür və həm insan resursları, həm də fiziki resursların kiçik işçi qruplarına bölünməsi tələb olunur.

Komandalar problemlərin həll edilməsi bacarıqları, kreativlik və ünsiyyətdən istifadə etməklə işlərinr realist həcmini ərsəyə gətirmək üçün dizayn mərhələsində effektiv şəkildə əməkdaşlıq etməlidirlər. Quraşdırma və sınaq mərhələlərində yalnız komandalar arasında deyil, həm də fərqli texniki bacarıqları və layihələrin idarə olunması strategiyaları arasında koordinasiya tələb olunur. "Chain Reaction" düşüncələrin transformasiyasını həyata keçirir, mükəmməlliyyətçiliyi təşviq edir və hər kəsi iştirak etməyə vadar edir.

Related Testimonial

Onu deyə bilərəm ki, bu, həqiqətən mükəmməl timbildinq fəaliyyətidir. Bunu bütün komandamızın adından deyə bilərəm ki, bu bizim iştirak etdiyimiz ən yaxşı timbildinq fəaliyyəti idi. Ümumilikdə əldə etdiyimiz nailiyyət və kreativlik səviyyəsi gözlədiyimizdən daha yüksək idi.

Standard Chartered Bank

Qiyməti öyrənin