Bütün dünya ilk dəfə xeyriyyəçilik təşəbbüsü üçün bir araya gəlir

Tarixində Esther Daniel tərəfindən dərc olunmuşdur 24 noy 2016

Bayram yaxınlaşdıqca "Catalyst Global" şirkəti Yeni ili qeyd etməyə və bir cəmiyyət kimi əlaqələrini gücləndirməyə hazırlaşır. Biz 12 dekabr tarixində dünyanın hər yerində 42 sahibkarlıq subyekti ilə əməkdaşlıq edən, dünyanın ən böyük timbildinq şəbəkəsi kimi dünyanın ilk 24 saatlıq davamlı korporativ dəfinə axtarışını tamamlamaq üçün Günəşin doğmasını gözləyəcəyik. Bu dəfinə axtarışı ilə biz qlobal biznes ianəsi təşəbbüsü olan "B1G1"ə töhfə verəcəyik.

İanənin verilməsi ianəni alan şəxs üçün olduğu qədər onu verən şəxs üçün də təsirlidir. Biz kiməsə hədiyyə verdikdə onun hədiyyəni açmasını izləmək bizə xoş hislər yaşadır. Tədqiqat göstərir ki, insanlar ianə verməkdən və könüllü kimi fəaliyyət göstərməkdən həm emosional, həm də fiziki olaraq yararlanır. Bu, doğrudur. Özünəinamı artırmaq, xolesterolun səviyyəsini və ya bədən kütlə indeksini aşağı salmaq istəyirsiniz? İanə verin.

“Biz əldə etdiklərimizlə öz yaşayışımızı, verdiklərimizlə isə başqalarının yaşayışını təmin edir.” – Vinston S. Çörçil

Cəmiyyətə meylli davranış bir-birinə yardım etmək və ya fayda vermək üçün həyata keçirilən könüllülük fəaliyyətlərini nəzərdə tutur. Bizi cəmiyyətə meylli olmağa ruhlandıran nədir? Verdiyimiz ianələri artırmaq üçün bu duyğuları necə artıra bilərik?

go team go give

Sosial əlaqələr alicənab davranışları təşviq edir

"International Journal of Happiness and Development" jurnalında dərc olunmuş araşdırmaya görə tədqiqatçılar sosial əlaqələrin ianəni verən şəxs üçün alicənab davranışı müsbət emosiyalara necə çevirdiyini araşdırıblar. Üç araşdırma həyata keçirən tədqiqatçılar belə qənaətə gəliblər ki, müəyyən məqsədlə ianə vermək onu verən şəxsin maksimum şəkildə xoşbəxt olmasına səbəb olur və sosial əlaqələri təşviq edir.

Bu, məntiqə uyğundur. İanə vermək bizi əhatə edən dünyada və münasibətlərdə iştirak etmək deməkdir. Beləliklə, fərdi şəkildə verilən ianələrlə müqayisədə kollektiv şəkildə verilən ianələr bizi maksimum şəkildə xoşbəxt edir Bu, əməkdaşlarının xoşbəxtliyini artırmaq istəyən qurumlar üçün möhtəşəm xəbərdir. Müvafiq və səmimi korporativ sosial məsuliyyət proqramı vasitəsilə kollektiv xeyriyyəçilik konsepsiyasından yararlanmaq hər iki tərəfə fayda verir və bu faydalar yalnız sevinc hissi ilə məhdudlaşmır.

Əməkdaşlar mütəşəkkil xeyriyyəçilik proqramında iştirak etdikdə, adətən, onların qrup şəklində öyrənir və əylənirlər. Korporativ vətəndaşlıq üzrə konsultasiya firması tərəfindən aparılan son araşdırma göstərdi ki, xeyriyyəçilik təşəbbüsləri təlim və inkişaf xərclərini azaltmaqla sahibkarlıq subyektlərinə mənfəət qazandıra bilər.

Bəlkə də ianə qrupları barədə eşitmisiniz. Bunlar bir araya gələrək öz xeyriyyəçilik təşəbbüslərini birləşdirən həmfikir insanlar arasında getdikcə güclənən tendensiyadır. Adətən, kitab klubu və investisiya qrupu arasında keçid kimi təsvir olunan ianə qrupları belə bir yanaşmaya sahibdir ki, kollektiv şəkildə verilən ianələr hər kəsə böyük faydalar verir.

go team go give

İnnovativ ideyalar, adətən, düz gözünüzün qarşısında olur

"Catalyst Global" şirkətində biz ianələrin təsiri ilə bağlı bu və ya digər tədqiqatlara əsaslanaraq kollektiv şəkildə verilən ianələrlə xeyriyyə tədbirinin yaratdığı sevinc hissini maksimum səviyyəyə çatdıracaq timbildinq fəaliyyəti yaratmağa başlamışıq. Adətən, innovativ ideyalarda olduğu kimi, təəccüblü də olsa, cavab sadə idi!

2015-ci ilin dekabr ayında "Catalyst Global" şirkətinin timbildinq şəbəkəsi " Buy1GIVE1" (B1G1) təşəbbüsünün daimi üzvünə çevrildi. "B1G1" qlobal biznes xeyriyyəçiliyi təşəbbüsüdür. "B1G1" proqramında üzvlər tərəfindən verilən töhfələr birbaşa və tam şəkildə təşəbbüsün tərəfdaşı olan qeyri-hökumət təşkilatlarına yönləndirilir. "B1G1" sadəcə olaraq verilən məbləğlərdən çox insanların həyatına göstərilən təsir üzərində cəmləşir.

Əksər innovativ timbildinq proqramlarında olduğu kimi "Catalyst Global" şirkəti 25 il əvvəl dəfinə axtarışlarını korporativ dünyaya gətirmişdir. İlk zamanlarda bu fəaliyyətdə xəritə, qələm və dəftər kimi fiziki əşyalardan istifadə edilirdi. Daha sonra, 2013-cü ildə "Bluehat Group" şirkəti ilə tərəfdaşlıq çərçivəsində "Go Team" timbildinq tətbiqi yaradıldı. O, tezliklə dünya üzrə "Catalyst" müştərilərinin tez-tez seçdiyi proqrama çevrildi və hələ də bazarda aparıcı fəaliyyətdir.

Bu məqaləni yazarkən qorxuram ki, "Go Give" ideyasını oğurlasınlar, ancaq 30 illik təcrübə ilə timbildinq sektorunda lider olan "Catalyst Global" şirkəti yəqin ki bunu nəzərə alıb. Nağara, böyük təsvir və karton parçalarından istifadə olunan timbildinq tədbirləri ilə bağlı bütün orijinal ideyalar "Catalyst Global" şirkətinin tədqiqat və inkişaf komandasına məxsusdur. "Go Give" ideyası oğurlanarsa, buna daha çox mülayim şəkildə yanaşmalıyam. Bundan QHT layihələri faydalanacaqdır!

“İmitasiya yaltaqlığın ən səmimi formasıdır….” Oskar Vayld

"B1G1" və "Go Team" birləşdikdə "Go Give" ortaya çıxdı. "Go Give" fəaliyyətində iştirakçılar məhdud müddət ərzində mümkün qədər çox nəzarət məntəqəsinə baş çəkməyə çalışırlar. Buraya fotoşəkil yarışları, suallar, video yarışları və s. daxildir! Bundan başqa, hər bir yarış "B1G1" layihələri ilə əlaqələndirilir, buna görə komandalar töhfə vermək istədikləri layihəni seçirlər və yarış tamamlandıqda onlar bir çox möhtəşəm "B1G1" layihəsindən birinə töhfə vermiş olurlar.

go team go give

"Go Team" və "Go Give" fəaliyyətlərinin arxasında dayanan səbəb

"Go Team" əyləncəli və hərtərəfli praktik öyrənmə alətidir. Onun həm ayrı-ayrı şəxslərə, həm də komandalar uzunmüddətli faydalara malik olması sübut edilmişdir. İştirakçılar komanda bacarıqlarını gücləndirməklə bərabər fəal şəkildə məşq etməli və rəğbət formalaşdırmalıdılar. "Go Team" fəaliyyətində iştirakçılardan eyni anda bir neçə tapşırığın icrasını dayandırması, diqqəti yayındıran amillərə fikir verməməsi və cari tapşırığa diqqət ayırması tələb olunur. Müvəffəqiyyətli komandalar müşahidə edir, bir-birini dinləyir, birlikdə strategiya hazırlayır və onu effektiv şəkildə komandaya təqdim edirlər. Bütün bunlar güclü komanda dinamikası üçün şərtdir. Dünyanın hər yerinə yayılmış, bir neçə dildə və müxtəlif sosial mədəniyyətlərdə fəaliyyət göstərən filialları ilə "Catalyst Global" ayrı-ayrı şəxslərin həyatına və qurumların fəaliyyətinə dəyişiklik gətirmək üçün effektiv timbildinq proqramlarına inam bəsləyən, motivasiyalı cəmiyyətdir.

go team go give

Hələ 2 həftə qalıb, ancaq biz artıq həyəcanlanırıq

Dünyanın ilk "Go Give" təşəbbüsünə start verəcəyimiz üçün çox həyəcanlıyıq. Bəli, biz hər gün müştərilərimizin əyləncəsində iştirak etmək istəyirik, ancaq məsələ yalnız bundan ibarət deyil. İanə verməklə neçə insanın həyatını dəyişdirmək düşüncəsi insanı həyəcanlandırır. Beləliklə, siz 12 dekabr tarixində oyandıqda biləcəksiniz ki, dünyanın hər hansı yerində timbildinq fəaliyyətində iştirak edən insanlar əylənir və verilən ianələrin bəxş etdiyi sevinc hissini yaşayırlar.

O zaman, komandanızın bu hissi necə yaşaya biləcəyi barədə düşünün. Gəlin birlikdə ianə verək. Təşkilatınızın növbəti timbildinq tədbiri üçün "Go Give" fəaliyyətini sifariş edin.

Mənbələr

Aknin, L.B., Dan, E.V., Sendstrom, C.M. və Norton, M.İ. (2013). Sosial əlaqələr müsbət davranışları müsbət duyğulara çevirirmi? "International Journal of Happiness and Development", 1(2), səh. 155-171. ORİ: 10.1504/IJHD.2013.055643

Batson, Daniel S. “Fədakarlıq və cəmiyyətə meyillilik.” Sosial psixologiya barədə məlumat kitabçası, 4-cü buraxılış. Daniel T. Cilbert, Suzan T. Fiske və Qardner Lindzi tərəfindən redaktə edilmişdir. Nyu York: Oxford University Press, 1998. ISBN: 0195213769.

Nensi E., Fabes R., “Uşaqların xarakterik cəmiyyətə meyilli davranışının emosionallıq, qaydalar və sosial funksionallıqla əlaqəsi,”(1996), Nebraska-Linkoln Universitetinin psixologiya fakültəsi.

Sedler D, Loyd S., (2007), Yeni liberalizmə meyillilik yaradan korporativ sosial məsuliyyət: Korporativ vətəndaşlığın siyasi iqtisadiyyatı, Liverpul Universitetinin coğrafiya fakültəsi.

Esther Daniel

Head of Partner Engagement Strategy at Catalyst Global

Responsible for ensuring organisational effectiveness through network partner engagement strategies at Catalyst Global.

Bütün məqalələr

Tövsiyyə olunan ədəbiyyat siyahısı