Effektiv virtual komandaların yaradılması

Tarixində Esther Daniel tərəfindən dərc olunmuşdur 7 iyl 2019

Team Building - Event Search əgər mənim kimi ofisdən kənarda çalışırsınızsa, bunun gətirdiyi azadlıqdan xəbərdar olmalısınız. Ağlabatan olması şərti ilə, siz istədiyiniz yerdə yaşaya və iş saatlarınızı özünüz təyin edə bilərsiniz. Mən idman fanatıyam və səyahət etməyi sevirəm, buna görə ofisdən kənarda işləmək mənim həyat tərzimə uyğundur. Bununla belə, bu cür iş rejiminin öz çətinlikləri də var.

Qloballaşma telekommunikasiyanın inkişafını sürətləndirir. "Strategy Analytics" tərəfindən aparılmış araşdırmaya görə qlobal mobil işçi qüvvəsinin sayı 2017-ci ildə 1,52 milyarddan (qlobal işçi qüvvəsinin 39,3%-ni təşkil edir) 2023-cü ildə 1,88 milyarda qədər (43,3% artmaqdadır). "IWG" şirkətinin apardığı araşdırmaya əsasən, artıq mütəxəssislərin 70 faizi həftənin ən az bir günü ofisdən kənarda işləyir, 53 faiz isə ən az həftənin yarısını ofisdən kənarda işləyərək keçirir.

Bununla belə, komanda effektivliyinin modelləri ofisdən kənarda çalışan komandalara bəzi hallarda daha çox tətbiq edilir, çünki onlar məsafə, coğrafiya, mədəniyyət və dillə bağlı çətinliklərlə üzləşirlər. Effektiv virtual komandalara qrup daxilində müsbət komanda dinamikasını dəstəkləyən aydın prosesləri müəyyən edən dərrakəli liderlər rəhbərlik edirlər.

ibuild

Ortaq mədəniyyət və əlaqələr

Müsbət korporativ mədəniyyət işçilərin fəallığı və məmnuniyyətinin ayrılmaz tərkib hissəsidir. O, işçi loyallığını artırır və yüksək məhsuldarlıqla əlaqələndirilir. Ortaq kontekst inam və qarşılıqlı asılılığı təşviq etməyə kömək edərək ofisdən kənarda çalışan effektiv komandalar üçün vacib olan açıq ünsiyyət, komanda işi və əməkdaşlığa şərait yaradır.

Liderlərin virtual komandalarda kollektiv kimlik və anlayışı təşviq etməsi üçün müxtəlif yollar var. Fəaliyyət, məqsəd və səmərəli iş mədəniyyətini formalaşdırmaq üçün komanda mədəniyyətini birlikdə müzakirə etməyə başlayın. Ayrı-ayrı şəxslər üçün nələrin vacib olduğunu müəyyən etmək komandaya uyğun mədəniyyəti formalaşdırmağa kömək edəcəkdir.

Virtual komandalarda sosial məsafə ortaq kimliyin formalaşmasına mane olur. Ofisdən kənarda çalışan işçilərin ümumi şikayəti budur ki, onlar həmkarları ilə əlaqə qurmaq və onlara inanma formalaşdırmaqda çətinlik çəkirlər. Bu, iş mühiti siyasətinin daha çox üstünlük təşkil etməsi və münaqişələri həll etməyin daha çətin olmasını nəzərdə tuta bilər.

İşlərin ofisdən kənarda görülməsinə baxmayaraq, ortaq məsuliyyətlər, kollektiv şəkildə qəbul edilən qərarlar və müntəzəm olaraq söhbətlərdə iştirak komda üzvlərinin dərrakələri arasında qarşılıqlı asılılıq yaratmağa kömək edəcəkdir. Məlumat mübadiləsi və əməkdaşlığa əsaslanan tapşırıqlardan ibarət olan mədəniyyətin təşviq edilməsi transaktiv yaddaşın formalaşmasına kömək edir.

the infinite loop

Məqsədyönlü komanda davranışlarına əsaslanan timbildinq fəaliyyətlərində iştirak etmək məqsədilə üz-üzə ünsiyyət qurmaq üçün qrafikin təyin edilməsi əlaqələr və məhsuldarlıq baxımından qazanca səbəb olacaqdır. "The Infinite Loop" virtual reallıq oyununda iştirakçılar növbə ilə virtual reallıq eynəyi taxaraq virtual dünyanı təsvir edir, real dünyada olan digər komanda üzvləri isə həll yollarını tapır. Komanda üzvlərinin davamlı olaraq ünsiyyətdə olduğu təkrarlanan öyrənmə prosesi ofisdən kənarda çalışan işçilər üçün yenilik olmaqla bu cür komandalar daxilində əməkdaşlıq və effektiv ünsiyyət bacarıqlarını sürətlə inkişaf etdirə bilər.

Bu növdən olan digər bir proqram kimi "Integrity" proqramı müvafiq davranış formalarını təlqin etmək, korporativ mədəniyyəti nəzərdən keçirmək, proaktiv müzakirə başlatmaq və komanda şəkildə qərarların qəbul edilməsini təşviq etmək üçün təhlükəsiz platforma təqdim edir.

Sağlam işçilər daha xoşbəxt və daha çox məhsuldar olurlar. Ofisdən kənarda işləyən işçilərin ümumi şikəyəti budur ki, onların iş saatı daha çoxdur, onlar fasilə vermirlər və ev ilə iş həyatı arasında aydın fərqlər olur. Bu məsələləri qrup şəklində müzakirə edin və sağlam vərdişləri təşviq etmək üçün strategiyalar tapın. Komanda üçün diqqətlilik meditasiyası kimi rifahı yaxşılaşdıracaq tətbiqlərə ivestisiya qoyulmasını nəzərdən keçirin. "Meditainment Online!" proqramı istənilən yerdə, istənilən vaxtda icra etmək mümkündür və bu proqramın müsbət düşüncələr, müvafiq yuxu vərdişləri təşviq etməsi, gərginliyi aradan qaldırması sübut edilmişdir.

Aidlik və komanda üzvü olma hissini artırmaq üçün strategiyalar ad günləri kimi sadə sosiallaşma mərasimləri ola bilər. Bunu etmək ofisdən kənarda çalışan zaman daha çətindir, amma qeyri-mümkün deyil.

Kollektiv sosial məqsəd komanda əlaqələrinin gücləndirilməsi və orta kimliyin formalaşdırılmasına müsbət təsir göstərir. "Catalyst" şirkətində biz "B1G1" qlobal ianə təşkilatı vasitəsilə mənalı səbəblərə kollektiv şəkildə töhfə veririk. Bu, bizim ortaq ianə mədəniyyətimizi gücləndirir.

	escape the maze

Ünsiyyət

Ofisdən kənarda çalışan işçilər üçün ünsiyyət, əsasən, telefon və ya texnologiya vasitəsilə qurulur. Bədən dili və birbaşa cavab funksiyalarının olmaması bu növ ünsiyyətdə şərhə imkan yaradır ki, bu da öz növbəsində çaşqınlıq və narahatlığa səbəb olur. Bundan əlavə, ofisdən kənarda çalışan komandalar, adətən, müxtəlif mədəniyyətlərin təsirinə məruz qalır. Bu, səs tonu, yazı tərzi və hətta ünsiyyət alətlərinin seçimində fərqlər yaradır. Yumor və ya qayğısız şəkildə kimisə rişxənd etmək bir mədəniyyətdə normal qarşılansa da, digərində kobudluq hesab oluna bilər.

Ayrı-ayrı fərdlərin hansı ünsiyyət formasına üstünlük verdiklərini bildirmək imkanının verilməsi və öz növbəsində digərlərinin üstünlük verdiyi variantların anlayışla qarşılanması effektiv ünsiyyət vərdişlərinin formalaşdırılması və düzgün ünsiyyət alətlərinin seçilməsinə əhəmiyyətli dərəcədə kömək edə bilər. Telefon danışıqları əvəzinə video-konfransların keçirilməsi bədən dilini müəyyən dərəcədə söhbətə çevirməyə imkan yarada bilər. Ortaq ünsiyyət normalarının müəyyən edilməsi üçün tədbirlərin görülməsi proqnozlaşdırma imkanını və onun müəyyənliyini artıra bilər.

Bununla belə, çoxsaylı araşdırmalar göstərir ki, üz-üzə ünsiyyət rəqəmsal ünsiyyətdən qat-qat daha səmərəlidir, buna görə imkan daxilində virtual işçilərin şəxsən əlaqə qurması üçün imkanların yaradılması əlaqələrin gücləndirilməsinə ən vacib töhfəni verəcəkdir.

Məlumatlılıq dərəcəsini, insanlar arasındakı fərqlərin qiymətləndirilməsini və güclü cəhətləri artıran praktik biznes oyununda iştirak etmək üçün insanların bir araya gəlməsi ofisdən kənarda çalışan komandalarda komanda dinamikasını əhəmiyyətli dərəcədə artıra bilər. Planşetə əsaslanan timbildinq fəaliyyəti olan "Escape the Maze" kollektiv tapşırıqlarda hesabatlılıq və məsuliyyət barədə məlumatlandırmaq, o cümlədən komanda dinamikasını gücləndirmək və birgə təcrübəni inkişaf etdirmək üçün əyləncəli və cəlbedici üsuldur.

developing effective virtual teams

Virtual komandaların sayı artmağa davam edəcəkdir. Ortaq mədəniyyətin təşviq edilməsi və şəffaf iştirak prosedurlarının müəyyən edilməsi yolu ilə ofisdən kənarda çalışan komandalar inkişaf edə bilər. Bununla belə, effektiv olmaq üçün komandalar vaxtaşırı olaraq eyni coğrafi məkanda bir araya gəlməlidirlər. Məqsədyönlü praktik öyrənmə oyunları və arzuolunan komanda davranışlarını modelləşdirən timbildinq fəaliyyətlərinə malik bu cür üz-üzə görüşlərə sərmayə qoyulması virtual komandaların effektiv olmasını təmin edəcəkdir.

Esther Daniel

Head of Partner Engagement Strategy at Catalyst Global

Responsible for ensuring organisational effectiveness through network partner engagement strategies at Catalyst Global.

Bütün məqalələr

Tövsiyyə olunan ədəbiyyat siyahısı