Knowing Me Knowing You - Work Styles

Özünüzün və digərlərinin iş tərzlərini başa düşün və qiymətləndirin

1 - 2 saat
Qapalı məkanda və açıq havada
Kollektiv
12 - Limitsiz

Haqqında

Fəaliyyətin əvvəlində iştirakçılar öz iş tərzlərini nəzərdən keçirərək prioritetlərini verilmiş mövzular üzrə qeyd edirlər. Növbəti mərhələdə onlar otaqdakı digər iştirakçılarla ünsiyyət qurmaqla və onların öz iş tərzlərini necə uyğunlaşdırdıqlarını müəyyən etməklə həmin iştirakçıları tanımağa başlayırlar. Oyunun məqsədi mümkün qədər çox iş tərzini uyğunlaşdırmaqdır. Qrupun enerjisi yüksəldikdə oxşar iş tərzlərinə malik komandaları birləşdirmək vaxtı gəlib çatır.

Qruplar prioritet iş tərzlərinin xüsusiyyətlərini müzakirə edir və müəyyənləşdirirlər. Daha sonra, onlar kollektiv fəaliyyət həyata keçirirlər. Növbəti mərhələdə isə onlar sona qədər eyni fəaliyyət üzrə mümkün qədər çox fərqli iş tərzlərinə malik komanadalar formalaşdırırlar. Bundan sonra, qrupun moderatorunun rəhbərlik etdiyi qrup müzakirəsində komanda daxilində müxtəlif iş tərzlərinin mövcud olmasının nə üçün məhsuldarlıq yaratması və digərlərinin fərqli üsullarının lazımi şəkildə qiymətləndirilməməsinin nəyə görə effektivliyi azaltması müəyyən edilir.

Öyrənmə nəticələri

Tədqiqat göstərir ki, ən effektiv komandalar müxtəlif iş tərzlərinə malik insanların bir araya gəldikləri komandalardır. Bununla belə, bu fərqlər qiymətləndirilmədikdə mübahisələr yarana bilər. Fərqləri başa düşdükdə, normal qarşıladıqda və qiymətləndirdikdə daha effektiv innovasiyalar və ideyalar ortaya çıxır.

"Knowing Me Knowing You - Work Styles" iştirakçıların bir-birini başa düşməsi, həm oxşar, həm də fərqli iş tərzlərinin komandanın məhsuldarlığına verdiyi töhfələrin qiymətləndirilməsi üçün nəzərdə tutulmuş timbildinq fəaliyyətidir. O, iştirakçılara öz şəxsiyyətlərinin meyilli olduğu iş tərzləri müəyyən etmək imkanı verir.

Related Testimonial

Bu, qrup daxilində işləmə tərzlərini kəşf etmək və onlardan xəbərdar olmaq üçün ən yaxşı təcrübə idi. Məharətlə dizayn olunmuş bu qeyri-rəsmi format ənənəvi rəsmi şəxsiyyət testini üstələyir. Hər kəsə tövsiyə edirəm.

URREA

Qiyməti öyrənin