VR – Whodunit?

Çoxistifadəçili, korporativ sosial investisiya mövzulu VR təcrübəsi

1 - 1.5 saat
Qapalı məkanda
Rəqabətcil / Kollektiv
8 - Limitsiz

Haqqında

Hadisə yeri ötən il tikilmiş məşhur və ecazkar "The Grange" otelidir. Bu ərazi varlı və məşhur insanların müvəqqəti qaldığı yerdir. Qətl hadisəsi baş vermişdir. Komandanız detektivlərdən ibarətdir. Qətl hadisəsinin harada baş verdiyini tapa bilərsiniz? Qurbanlar necə qətl edilmişdir? Qətlin səbəbi nədir və, ümumiyyətlə, qatil kimdir? Eyni zamanda, vaxtla yarışacağınız oyunda bütün komanda üzvləri növbə ilə virtual dünyaya daxil olur və gördüklərini yoldaşlarına təsvir edirlər. Real dünyada olan komanda üzvləri virtual açarlardan istifadə etməli, tapmacanı digər komandalardan əvvəl tapmaq üçün komanda işi və mahir kreativ düşüncənin köməyi ilə bu açarları real dünyadakı açarlarla uyğunlaşdırmalıdırlar.

Öyrənmə nəticələri

"CSI Whodunnit?" uğur qazanmaq üçün komanda işi və fəal ünsiyyət tələb edən çoxistifadəçili virtual reallıq oyunudur. Hər bir iştirakçı növbə ilə virtual dünyaya daxil olduqca müşahidəçi kimi çıxış etməli və müvafiq məlumatları aydın şəkildə çatdırmalıdırlar. Real dünyada olan iştirakçıların fəal şəkildə dinləməsi və mövcud məlumatlar əsasında düzgün sualalr verməsi uğura aparacaqdır. Çox sayda məlumatla üzləşən iştirakçılar diqqətlərini mövcud suallara yönəltməli və müvafiq olanları müəyyən etməyi bacarmalıdırlar. Oyunun gedişatında prosesin inkişaf etdirilməsinə nail olunur, çünki komanda üzvləri həm məntiq, həm də fikir birliyi vasitəsilə müəyyən qənaətə gəlmək üçün deduktiv əsaslandırmadan istifadə edərək effektiv şəkildə əməkdaşlıq etməyi öyrənirlər. Digər komandalarla rəqabət komanda ruhunu gücləndirir, bütün iştirakçıları fəal şəkildə iştirak etməyə və komandanın xeyrinə mükəmməliyə can atmağa təşviq edir.

Qiyməti öyrənin