VR – La Casa De Dinero

Virtual reallığa əsaslanan, çoxistifadəçili bank qarəti

1 - 1.5 saat
Qapalı məkanda
Rəqabətcil
6 - Limitsiz

Haqqında

Həddən artıq cəlbedici olan bu timbildinq fəaliyyəti "La Casa de Papel" filmində yaşanan gərginlik və dramı çoxistifadəçiliyi VR oyununa daşıyır. İştirakçılar VR mühitlərinin növbəti səviyyəsini hər kəsin təcrübədən keçirməsini təmin etmək üçün eynəkləri növbə ilə bir-birinə ötürərək bir neçə oyun mərhələsini keçməyə çalışırlar. Bu macəra zamanı komandalar problemləri həll etməli, yəni seyfləri sındırmalı, bombaları zərərsizləşdirməli, həyəcan siqnallarını söndürməli və, son olaraq, virtual dünyadan geriyə yolu taparaq reallığa qayıtmalıdırlar.

Öyrənmə nəticələri

"Casa de Dinero" oyununda uğur qazanmaq üçün komandalar məlumatları dərhal dərk etməli, effektiv şəkildə digərlərinə çatdırmalı və həmkarlarının fərdi bacarıqlarını qiymətləndirməlidirlər. İştirakçılar virtual dünyada öz növbəsini yerinə yetirən zaman ətraf mühitdə fikir verməli və onu aydın şəkildə təsvir etməlidirlər. Vaxt məhdud olduğuna görə suallara cavab vermək üçün hansı məlumatın müvafiq olduğunu müəyyən etmək vacibdir. Nəticə çıxarma və komanda şəklində problem həlletmə bcarıqları təkmilləşəcəkdir.

Qiyməti öyrənin