Komandalar bəzənərək qeyri-müəyyən fotoşəkildə birləşdirilməsi üçün iri planda şəkillərini çəkirlər
"In In The Picture" fəaliyyətinin vaxtı gəlib çatanda hər bir nümayəndə heyətinin rənglənmiş bir sıra fonlarda fotoşəkilləri çəkilir. Konfrans ərzində nümayəndələrin şəxsən iştirak etdiyi möhtəşəm bağlanış mərasimi təşkil etmək üçün bütün təsvirlər kompüter sistemimizə daxil edilir. Dramatik musiqinin müşayiəti ilə onlar öz təsvirlərini böyük ekranda izləməyə başlayırlar. Əvvəlcə, biz ayrı-ayrı simaların sürətlə hərəkət edən ardıcıllığını, daha sonra dörd, on altı və altmış dörd sima görürük. Təsvirimiz uzaqlaşdıqca və sürət artdıqca biz daha çox sima görürük və onların sayı getdikcə artır. Daha sonra, kamera təsviri uzaqlaşdıqca biz sayı dəfələrlə artmış təsvirlərin birlikdə şirkətin loqosunu və ya konfransın mövzusu barədə mesajı əmələ gətirdiyini görürük.
"In the Picture" konfransda şirkətinizin xüsusi cəhətlərinin qeyd edildiyi və əməkdaşlarınızın şirkətin uğuruna vedikləri töhfələrinin qiymətləndirildiyi üç dəqiqəlik möhtəşəm məqamdır. "In the Picture" şirkətin uğurunda əməyi olan əməkdaşlararın məhsuldarlığını artırır. Bu fəaliyyətdə hər bir əməkdaşın dəyərli olduğu və əməkdaşların birlikdə şirkətin mədəniyyətini təşkil etdikləri, markanın canlı simvolu olduqları vurğulanır.
In the Picture" ən vacib marka səfirlərimiz olan əməkdaşlarımızla birlikdə emblemimizi əks etdirmək üçün əyləncəli üsul idi.
Bu fəaliyyət üz-üzə, distant, hibrid formatda və bir neçə məkanda çalışan komandalar üçün nəzərdə tutulub. Əgər komandanız evdən, fərqli regional ofislərdə və ya fərqli ölkələrdə fəaliyyət göstərirsə, bizdən bu fəaliyyətin distant və ya hibrid versiyasını istəyə bilərsiniz. Bu təcrübəni komandanızın ehtiyaclarına necə uyğunlaşdıracağımızı öyrənmək üçün bizimlə əlaqə saxlayın.