"Chain Reaction Table Top" oyunu ilə əngəllər aradan qaldırılır

Tarixində Alexandra Pett tərəfindən dərc olunmuşdur 2 yan 2019

Qısa təsvir

30 nəfər özünü işinə həsr edən, ağıllı şəxsdən ibarət qrup üçün timbildinq məşğələsi hazırlamaq və təşkil etmək üçün bizə müraciət edildi. Eyni qurumun tərkibində olsalar da, onlar Yer kürəsinin iki fərqli nöqtəsində işləyirdilər. Bu cür coğrafi bölgü qrup daxilində ünsiyyət, dil və mədəniyyətlə bağlı əngəllərin oyaranmasına şərait yaradır. Onlar bir araya gələrək gərgin təlim həftəsindən sonra komandanın inkişaf etdirilməsi üçün məşğələdə iştirak edirdilər. Qrupun xarakterini və arzu olunan nəticələri nəzərə alaraq onların tədbiri üçün timbildinq fəaliyyəti kimi "Chain Reaction Table Top" seçildi.

chain reaction table top

Həmin gün nələr baş verdi?

Otağa daxil olan iştirakçılar şübhəli yanaşır, yorğun və həvəssiz görünürdülər. Otaq tək başna çıxış edən oyuncularla dolu idi. Belə görünürdü ki, onlar iştirak etmək üçün nə etməli olduqlarını bilmirdilər. Bu cür reaksiya bizim işimiz üçün adi haldır. Biz nələri gözləməli olduğumuzu bilirik. Biz onu necə dəyişməli olduğumuzu da bilirik. Biz çalışmalıyıq.

Hər bir komandaya bir ədəd oyun lövhəsi, bir dəst ideya kartları və bir qutu material verildi. Onların vəzifəsi birlikdə çalışaraq otağın bir tərəfində qanaq çırpan kəpənəyin digər tərəfdə burulğan yarada biləcəyini sübut etmək idi….

Qrup komandalara bölündü və onlar kartların üzərindəki təsvirləri müzakirə edərək fikirlərini bölüşməyə başladılar. Daha sonra, onlar bir neçə sadə cihazı dizayn etmək, qurmaq və sınaqdan keçirmək məqsədilə qabiliyyət, kreativlik və dəqiqlikdən istifadə etmək üçün işə hərəkətə keçdilər. Növbəti olaraq, hər bir komanda sadə cihazları bir araya gətirərək onların ardıcıl hərəkətini sınaqdan keçirdilər. Daha sonra, onlar qurduqları cihazı növbəti komandaların cihazlarına birləşdirib bir daha sınaqdan keçirdilər. Hər şeyin plana uyğun getdiyini təmin etmək üçün effektiv ünsiyyət əsas komponent idi. Komandalar başa düşdülər ki, əgər onlar ideya və texniki məlumatlarını birləşdirsələr, ümumi mexanizm daha yaxşı alınar.

Nəticə necə oldu?

Sessiya zamanaı vaxt getdikcə biz əngəllərin aradan qalxdığının, gülüş və enerjinin ortaya çıxdığının şahidi olduq. Qrup həqiqətən həvəsləndi və iştirakçılar bir-birilə effektiv şəkildə ünsiyyət qurmağa başladılar. İki saat ərzində onlar bir komanda kimi bir araya gəldilər. Onlar effektiv şəkildə əməkdaşlıq etdilər və yaratdıqları mürəkkəb zəncirvari reaksiya qurğusu ilk dəfədə işə düşdü. Yaratdıqları mexanizm iştirakçıları həyəcanlandırmışdı və bildirdikləri rəylər proqramın qrupun gündəlik iş rejiminə müsbət şəkildə təsir göstərdiyini sübut edirdi. Bu, rahat və əyləncəli mühitdə həyata keçirilən eksperimental öyrənmə prosesinin gücünü bir daha göstərdi.

Bütün müştəri hekayələri