Catalyst Global haqqında

"Catalyst Global" şirkəti korporativ timbildinq şəbəkəsinin yaradıcısıdır və sınaqdan keçmiş 140 proqramdan ibarət portfeli ilə dünyada biznes oyunlarının dizaynı sahəsində liderdir. 2018-ci ildə "Catalyst Global" şirkətinin 3764 timbildinq məhsulundan olan iki yüz əlli minə yaxın iştirakçı ilə dünyanın hər yerində! Uğurumuzun səbəbi nədir?

Araşdırmalarımız göstərir ki, dünyanın müxtəlif yerlərdə fəaliyyət göstərən şirkətlər öz işçilərinin məsuliyyət hissimotivasiyasını artırmağın yollarını axtarırlar. Onlar başa düşürlər ki, işçilər diqqətli olmaq və rahatlamaq üçün rahatlıq strategiyaları formalaşdırmalı və gün ərzində fasilə verməlidirlər. Müvəffəqiyyət qazanmaq üçün onlar ünsiyyət, əməkdaşlıqkreaitv düşünmə kimi komanda işi ilə bağlı təməl bacarıqları inkişaf etdirməlidirlər.

İnnovativ məhsulların yaradılması

Biz "Catalyst Global" şirkətində geniş tədqiqat və istehsal prosesi vasitəsilə innovativ və kreativ timbildinq məhsulları yaradırıq. Biz motivasiya psixologiyası üzrə cari tendensiyalara maraq göstərir, korporasiyalarda həqiqi dəyişikliyə səbəb olmaq üçün sınaqdan keçmiş texnikalara böyük diqqət ayırır və oyunları yaradarkən bu texnikaları tətbiq edirik. Biz mütəmadi olaraq məhsulların istehsalı zamanı texnologiyadan istifadə yollarını araşdırırıq. Bəzi uzunmüddətli və sınaqdan çıxmış timbildinq məhsullarından ibarət, hər zaman inkişaf edən portfelimiz sayəsində biz öz komandasının dinamikasını gücləndirmək üçün müntəzəm olaraq "Catalyst" şirkətinə müraciət edən müştərilərimizin sayının çox olması ilə fəxr edirik.

Geniş təcrübə, məhsulların faktiki istifadə şəraitində sınaqdan keçirilməsi və modifikasiya edilməsi

"Catalyst Global" şirkətinin istehsal komandası şirkətin timbildinq şəbəkəsinin tərəfdaşlarından əhəmiyyətli dərəcədə faydalanır. Bizim timbildinq proqramlarımız dinamik xarakterə malikdir. Biz tərəfadşlarımızın proqramlarımızın satışı və təqdim olunması ilə bağlı üsullar, o cümlədən bu proqramların mədəni cəhətlərə və digər regional cəhətlərə uyğunlaşdırılması ilə bağlı üsullar barədə rəyləri xoş qarşılayır, bu cür rəylərin yazılmasını təşviq edirik. Buna görə, dünyanın istənilən yerində "Catalyst" şirkətinin timbildinq proqramını sifariş edərkən bilirsiniz ki, siz endirimli məhdud alternativ versiyalarda tapa bilməyəcəyiniz xüsusiyyətlərə malik orijinal məhsulu satın alırsınız.

Məhsulların istehsalı və dünyanın istənilən yerinə çatdırılması üzrə müvafiq yüksək standartlar

"Catalyst Global" şirkətində biz məhsullarımızın keyfiyyətinə, onların hər bir müştərinin unikal ehtiyaclarına uyğun olaraq peşəkar şəkildə satılması və çatdırılmasına böyük diqqət ayırırıq. "Catalyst Global" şirkəti timbildinq proqramlarının satışı və çatdırılmasının mükəmməl şəkildə həyata keçirildiyindən əmin olmaq məqsədilə öz şəbəkə tərəfdaşları üçün hərtərəfli və davamlı təlim proqramları həyata keçirir. "Catalyst" şirkətinin timbildinq şəbəkəsinin tərəfdaşları hər günd axili forumda öz biliklərini və ən yaxşı təcrübələrini bölüşür, üz-üzə görüşmək üçün hər il regional və qlobal konfranslar keçirirlər.

Məhsulların qlobal səviyyədə çatdırılması

"Catalyst" şirkətinin timbildinq şəbəkəsi, hal-hazırda, dünyada bu sahə üzrə ən böyük şəbəkədir. Dünyanın 90-dan çox ölkəsindən olan nümayəndələri sayəsində "Catalyst" şirkəti regionunuz barədə yerli məlumatlar və ekspertizaya malikdir. Buna görə, bir neçə region üzrə tədbirlər silsiləsi və ya dünyanın istənilən nöqtəsində tək bir tədbir tələb etməyinizdən asılı olmayaraq "Catalyst" şirkətinin timbildinq komandası onları sizə çatdıra bilər. "Catalyst" şirkəti çoxmillətli təşkilatların ehtiyaclarını başa düşərək dünyanın hər yerinə müvafiq proqramları təqdim edir, dünyanın hər yerində fəaliyyət göstərən ofis, avadanlıq və əməkdaşları sayəsində məhsulların standartlardan kənara çıxmadan rəqabətcil qiymətlərlə təqdim olunmasını təmin edir.

"Catalyst" Timbildinq – uzunmüddətli dəyişiklik üçün dünyanın istənilən yerində fəaliyyət göstərən təşkilatlar "Catalyst" şirkətini seçir