Cerard Krauli Böyük Britaniyanın timbildinq və komandanın inkişaf etdirilməsi üzrə aparıcı müstəqil şirkətlərin biri və "Catalyst" şirkətinin Böyük Britaniya üzrə nümayəndəsi olan "Team Challenge Company" şirkətinin iki direktorundan biridir.
Karlou şəhərindən anadan olan Cerard Belfast şəhərində qonaqpərvərlik və biznesin idarə edilməsi üzrə təhsil almış, 2001-ci ildə "Team Challenge Company" şirkətini yaratmazdan əvvəl idman və əyləncə sənayesində təcrübə qazanmışdır.
Cerardın bacarıqları onu "Belbin" və "Myers Briggs" inkişaf proqramları kimi qlobal miqyasda tanınan, peşəkar akkreditasiya ilə komandanın inkişafı prosesinin asanlaşdırılması sahəsinə yönəlməyə vadar etdi. Məhz problemlərin və effektiv həll yollarının müəyyən edilməsi sayəsində Cerard bu cür uğurlu məşqçi olaraq Böyük Britaniyanın müxtəlif böyük və kiçik şirkətləri ilə əməkdaşlıq edib. Cerardın ayrı-ayrı şəxslərin zəif və güclü tərəflərini müəyyən etmək bacarığı ona yüksək məgsuldarlığa malik komandalar formalaşdırmaq məqsədilə fərdi və peşəkar inkişaf məqsədlərinə nail olmaq üçün müştərilərlə sıx əməkdaşlıq etmək imkanı verir.
Cerard, həmçinin, öz komandasına investisiya qoyaraq şirkətin bütün səviyyələrində əməkdaşların inkişafı üçün imkanlar yaratmağa davam edir. Onu bu sahədə fəaliyyət göstərən digərlərindən fərqləndirən cəhət onun unikal liderlik tərzi, o cümlədən öz uğur vizyonu və həm özü, həm də ətrafdakılar üçün qətiyyəti ilə insanları ruhlandırmaq qabiliyyətidir.
Sağlamlıq və gümrahlığını qorumağa olan həvəsi ilə Cerard Belfast maratonunda qaçmaq, "Three Peaks Challenge" fəaliyyətində iştirak etmək elementlərə qarşı həqiqi mübarizədə yaratdığı şirkətin digərin direktoru ilə birlikdə Şimal Qütb dairəsində 120 min dövrə tamamlamaq kimi bir sıra kollektiv və fərdi fəaliyyətləri həyata keçirərək "Cancer Research UK" qurumu üçün 10.000 Funt Sterlinq vəsait toplamışdır.