İş yerində şənlik

Təntənəli tədbiri timbildinq fəaliyyəti ilə müsbət və məhsuldar şəkildə qeyd edin.

Yeni il şənlikləri 2021-ci ildə prioritet təşkil edir. İşçiləri mükafatlandırmaq vaxtıdır. Ünsiyyət qurun, canlanın və birlikdə əylənin.

Bayram şənlikləri rəhbərliyin əldə edimiş nailiyyətləri qeyd etməsi, işçilərə onların dəyərli olduqlarını və qurumun mühüm hissəsini təşkil etdiklərini bildirməsi üçün əla fürsətdir. Gələcəyinizi şirkət dəyərləri və komanda ruhu üzərində qurmağın əsl vaxtıdır.

Planlaşdırma il sonu tədbirinin uğurlu keçməsi üçün şərtdir. Məharətli İR menecerləri tədbirə bir və ya iki timbildinq fəaliyyətinin əlavə edilməsinin əhəmiyyətini başa düşürlər. Timbildinq şənliyin strukturunu qurmağa kömək edir, işçilərin diqqəti hədəflərə yönəltməsini təmin edir və yekunda uğurun qazanılmasında böyük rol oynayır!

Ünsiyyət qurun!

Ofis şənlikləri işçilərin bir-biri və rəhbərlik üzvləri ilə qeyri-formal mühitdə ünsiyət qurması üçün fürsətdir. Bəzi işçilər asanlıqla ünsiyyət qura bilmirlər. Bunun öhdəsindən tanışlıq məşğələsi vasitəsilə gəlmək olar. Biz işçilərin rahatlamasına kömək edən, hərtərəfli olan və hər kəsin üzündə gülümsəmə yaradan fəaliyyətləri tövsiyə edirik.

Onlayn fəaliyyətlər axtarırsınız? O zaman "Swipe Face – House Party!" fəaliyyətini sınaqdan keçirin. Tədbir canlı və ya hibrid formatda baş tutacaq? "Knowing Me Knowing you" yaxud "Human Bingo Festive" sizin üçün nəzərdə tutulub. Bu oyunları öz məzmununuza tam uyğunlaşdıra bilərsiniz.

Canlanın!

Bayram şənliklər işçiləri canlandırmaq üçün əla üsuldur. Bizə də bu il elə bu lazım deyilmi?! Timbildinq fəaliyyətləri mükəmməl əyləncə mənbəyi kimi çıxış edərək hər kəsə birlikdə keçirdikləri xoş anlar yaşada bilər.

"Quickfire" mükəmməl seçimdir! İlk olaraq yüksək enerjili konfrans oyunu kimi nəzərdə tutulmuş bu oyun hər zaman ən məşhur axşam və nahar tədbirimiz olmuşdur. "Quickfire" oyununu artıq hibrid formatda və distant komandalarla oynaya bilərsiniz. Tapşırıqları özünüz seçin. Unikal Festival versiyasını sınaqdan keçirin! Siz hətta tapşırıqların arasına şirkətə aid nisbətən ciddi suallar da əlavə edə bilərsiniz!

"Go Team" platformamız il sonu şənliklərinin əvəzolunmaz seçimi olan festival mövzulu müxtəlif seçimlər təklif edir. Uzun müddət sonra çölə çıxmağa hazırlaşırsınızsa, köhnə tərzli "GPS treasure hunt", şübhəsiz, hər kəsdə şənlik ab-havası yaradacaqdır! Distant işləyənlər üçün "Escape the Blizzard" oyunu ilə qış ab-havasına bürünməyi yaxud "Race Around the World Festive" oyununda Santanın xizəyinə yardım etməyi təklif edirik.

Əgər canlı il sonu şənliyi təşkil edirsinizsə, birlikdə bir şeylər yaratmağın verdiyi sevinc duyğusunu qaçırmamalısınız. "Flat Out Sleigh Ride" oyununda komandanız xizəklər hazırlamalı və onlarla yarışmalı olacaq. Özünəməxsus mövzusu olan "Big Picture" oyununu yaxud "Crescendo" ilə komanda şəklində gözəl musiqi bəstələməyi niyə sınaqdan keçirməyəsiniz?! "Impact" yaxud başqa bir korporativ sosial məsiliyyət tədbirində iştirak edərək öz seçdiyiniz xeyriyyə qurumuna töhfə verin. Seçimlər sonsuzdur!

Müvafiq mövzu üzrə məşhur proqramlardan ibarət bu seçimə nəzər salın.
Qərar verməkdə çətinlik çəkirsiniz? Axtardığınız bu deyil?

Bizimlə əlaqə saxlayın

Daha çox müştəri hekayələri