"IHG" şirkətinin rəhbərliyi ünsiyyətin yaxşılaşdırılmasına diqqət ayırır

tarixində dərc olunmuşdur 3 iyl 2017

Liderlik mövzusunda keçirdikləri son konfransda Britaniyanın çoxmillətli qonaqpərvərlik şirkəti olan "Intercontinental Group" "Catalyst" şirkətinin effektiv ünsiyyət və müştəri xidmətlərinnə əsaslanan "Bridging the Divide" timbildinq fəaliyyətindən faydalandı.

Vəzifə və öhdəliklərin təyin olunması

Komandalara körpünün müəyyən hissələri tapşırıldı. Onlar müvafiq hissələri hazırlamaq üçün tələb olunan məlumat kitabçaları, materiallar və alətlər verildi. Tikinti planının aydın şəkildə tərtib olunmasından əmin olmaq üçün müxtəlif vəzifələr tez bir zamanda təyin tapşırıldı və resurslar qiymətləndirildi. Körpünün uğurlu alınması üçün bu, vacib idi, çünki hər bir komanda öz hissəsinin planını qurmalı, digəri isə həmin hissəni hazırlamalı idi!

coffee themed business game

Planlaşdırma və tikinti

Bir saat ərzində komandalar öz planlarını müzakirə edərək bütün tərəflərin uyğun gəlməsi üçün bir-birinə birləşdirilməli hissələrin hazırlanmasında əməkdaşlıq etdilər. Körpü məqsədli şəkildə bucaq və dik hissələrə malik olduqda bu, heç də asan olmur! Komandalar məlumatları mübadilə etmək, dəqiqləşdirmək və təsdiq etmək üçün "E-mail qutuları" və "Çağrı mərkəzləri" kimi ünsiyyət alətlərindən tam şəkildə istifadə etdilər.

Hissələrin bir araya gətirilməsi

Sona yaxınlaşdıqca komandalar son məqamları dəqiqləşdirmək və körpünün həmin hissəsi ilə bağlı yekun işləri görmək üçün sürəti artırdılar. İş təhvil verilən zaman komandalar tamamlanmış hissəsi onun planlara uyğun tikildiyini təsdiq edən “müştəriyə” təqdim etdilər. Körpü quraşdırıldıqca həyəcan artıd və bəzi hissələrin gözlənildiyi kimi olmaması gülüşlərə səbəb oldu.

Körpünün sınaqdan keçirilməsi

İştirakçıların axşamkı fəaliyyətdən sonra təəssüratlarını və əsas təşəbbüsləri bölüşdüyü qısa sessiyadan sonra komandalar körpünün strukturunu sınaqdan keçirmək üçün otağa qayıtdılar. "IHG Greater China" şirkətinin icraçı direktoru körpü üzərində uzaqdan idarə olunan yük maşınını idarə etmək şərəfinə layiq görüldü. Nümayəndələrin alqış sədaları və gülüş səsləri altında yük maşını müvəffəqiyyətlə dövrə vurdu.

Birlikdə çalışaraq vahid məqsədə nail olmağın mümkün olduğunu əks etdirən suvenir kimi nümayəndələr möhtəşəm dairəvi körpünün ətrafında qrup şəkli çəkdirdilər.

Bütün müştəri hekayələri