Toy Factory

Komandalar komponentləri müəyyən edir, rolları bölüşdürür və istehsal mexanizmi əmələ gətirərək xeyriyyəçilik məqsədilə oyuncaqlar düzəldirlər.

2 - 3 saat
Qapalı məkanda
Kollektiv
10 - Limitsiz

Haqqında

"Toy Factory" fəaliyyətində komandalara uşaqlar üçün çox sayda keyfiyyətli oyuncaqlar düzəltmək və bu oyuncaqları bəzəmək məqsədilə taxta hissələrdən ibarət çanta verilir. 3D formatlı planlar iştirakçılara proses boyunca istiqamət və oyuncaq dizaynları barədə məlumat verir. Planlaşdırma mərhələlərində qrup komponentləri müəyyən edir, işlərin axınını idarə edir, fərdi məsuliyyəti üzərinə götürür və istehsal mexanizmi əmələ gətirir. Keyfiyyət yoxlandıqdan sonra oyuncaqlar kreativ şəkildə bəzədilir.

İkinci mərhələdə müəyyən dərəcədə düşüncə limitlərini aşmaq tələb olunur, çünki komandalara həm də yenicə düzəldilmiş oyuncaqlardan istifadə etməklə əyləncəli və maarifləndirici oyunlar yaratmaq tapşırılır. Əyləncəli və qeyri-formal final mərhələsində hər bir komandanın növbə ilə səhnəyə çıxaraq oyuncaqların əhəmiyyətini artıran unikal fəaliyyətlər nümayiş etdirmələrinə şərait yaradılır.

Öyrənmə nəticələri

Komandalar müştəriləri məmnun etmək üçün səmərəli istehsal mexanizmi və keyfiyyətə nəzarət sistemləri yaratmalıdırlar. Bu fəaliyyətdə təkcə iştirakçılar müştəri xidmətləri ilə bağlı məsələlər barədə ümumi məlumat əldə etmirlər, həm də istehsal edilmiş oyuncaqlar həqiqi son istifadəçilərə, ehtiyac içərisində yaşayan uşaqlara töhfə verir. İştirakçılar ümumi sosial məqsəd uğrunda birlikdə çalışdıqca onlarda həmrəylik hissi yaranır. Konfransda verilmiş fasilədə və ya şirkətin iş mühitində təşkil edilməsindən asılı olmayaraq, "Toy Factory" cəmiyyətə şüurlu yanaşmanı təşviq edən timbildinq fəaliyyətidir.

Korporativ sosial məsuliyyət nəticələri

Oyuncaqlar və hər hansı oyun materialı uşaqlar üçün yerli xeyriyyəçilik tədbirinə, məktəbə və ya uşaqlar evinə hədiyyə ediləcəkdir.

Related Testimonial

Toy Factory" tədbirini seçdiyinizə görə təşəkkür edirik. Biz yalnız komanda işi barədə daha çox şey öyrənərək müştərilərə qarşı rəftarımızı dəyişmədik, həm də tədbiri ehtiyacı olan uşaqların üzündə təbəssümə səbəb olacaq töhfənin verdiyi hislə yekunlaşdırdıq. Komandamız gözəl duyğular yaşadı.

WWT

Qiyməti öyrənin