Time to Talk

Əyləncəli və çevik sosiallaşma vasitəsi

15 dəqiqə - 1 saat
Qapalı məkanda
Rəqabətcil / Kollektiv
3 - Limitsiz

Haqqında

"Time to Talk" söhbətləri stimullaşdırmaq və onlayn və ya oflayn görüşlərinizi həyəcanlı hala gətirmək üçün mükəmməl vasitədir. Qısa tanışlıq mərhələsindən sonra hər bir iştirakçı müzakirə otağına daxil olaraq mobil telefon və ya iş masasında oyuna qoşulur. "Time to Talk" heç bir tətbiqin yüklənməsini tələb etməyən dərhal girə biləcəyiniz brauzer əsaslı oyundur. Platforma müəyyən edilmiş vaxt ərzində xüsusi tapşırığı yerinə yetirməli olan spikeri təsadüfi üsulla seçdikdə iştirakçılar arasında enerji yüksəlir. Əgər yetərincə cəsur olsalar, spikerlər tapşırığın çətinlik dərəcəsini artıraraq həyəcanı daha da yüksəldə bilərlər. Vaxt bitdikdən sonra digər iştirakçılar spikerə öz fikirlərini bildirirlər. Daha sonra, oyunu başqası davam etdirərək tapşırığı icra edir. Oyun hər kəs növbə ilə tapşırığı icra edənə qədər davam edir!

Öyrənmə nəticələri

"Time to Talk" ani söhbətləri, spontanlıq və kreativliyi stimullaşdırmaq üçün nəzərdə tutulub. "Time to Talk" oyununda hər iştirakçıya bərabər hüquq verilir və hər kəsin öz perspektivindən töhfə verə biləcəyi inklüziv mühit yaradılır. Oyun zamanı fikir bildirmə və fəal dinləmə mədəniyyətinin formalaşdırılması üçün müvafiq şərait yaradılır. Nəticədə iştirakçılar arasında bağ yaranır ki, bu da motivasiya və fəallıq dərəcəsini yüksəldir, eləcə də korporativ mədəniyyəti gücləndirir.

"Time to Talk" oyununu öz tələblərinizə tam şəkildə uyğunlaşdıra bilərsiniz. Fəaliyyətin ümumi müddətini, mərhələlərin sayını və hər iştirakçıya verilən vaxtı özünüzü seçə bilərsiniz. Rəqabətcil yoxsa kollektiv formatda olsun? Əyləncəli söhbətləri stimullaşdıran qeyri-formal ünsiyyət fəaliyyətini seçin yaxud daha ciddi və nəticələrə əsaslanan fəaliyyət istəyirsinizsə, öz xüsusi tədris materiallarınızı "Time to Talk" oyununa daxil edin.

remote teams

Remote Team Activity

This activity has been designed for people who work remotely. Your team may be working from home, in different regional office locations or in different countries! Love the theme but want a face to face or hybrid solution? Get in touch to find out how we can customise this experience for your team.

web or app


Web and App based remote team building programs

Did you know we offer activities on both web and app? Ask us which remote programs suit your situation.


Qiyməti öyrənin