Safari

Kollektiv artırılmış reallıq oyunu

1.5 - 2 saat
Qapalı məkanda
Kollektiv
8 - Limitsiz

Haqqında

"Safari" artırılmış reallığa əsaslanan mobil şəhər oyunudur. İştirakçılar dinamik şəkildə komanda qurub vaxt bitmədən əşyaları toplamalı, heyvanları tapmalı və bütün heyvanları təhlükəsiz şəkildə tutmaq üçün kommunikasiya kanallarını idarə etməlidir.

Heyvan sığınacağında adi gecələrdən biri idi. Birdən “Kamula” nəzarətçinin yatdığını gördü və ona yaxınlaşıb qapının açarlarını oğurladı. “Kamula” sığınacağın qapılarını açıb bütün heyvanları azadlığa buraxdı. Komandalar oyuna hazır olmaq üçün tətbiqi öz şəxsi cihazına yükləyir və QR kodunu skan edir. Artırılmış reallıqdan istifadə edərək komandalar sığınacaqdan qaçmış heyvanları tapmalı və təhlükəsiz şəkildə sığınacağa qaytarmalıdır. Oyunçuların hər birinə rol verilir. Operatorlarda heyvanların yerini göstərən böyük xəritə olur. Alimlər sakitləşdirici vasitə hazırlamaq üçün dərmanları toplayır, meşə gözətçiləri isə heyvanları tutub daşımaq üçün avadanlıqları toplayırlar.

Öyrənmə nəticələri

"Safari" oyununda hər bir iştirakçı öz mövqeyini və gücünü bilməli, bütün komanda üzvlərinin effektiv şəkildə ünsiyyət qura bildiyindən əmin olmalıdır. İntriqalı süjeti və fantastik artırılmış reallıq oyunu formatı bütün komanda üzvlərini iştirak etməyə təşviq edir. Məqsədinə çatmaq üçün komandalar aktiv şəkildə dinləməli, bütün fikirləri nəzərə almalı və qısa müddət ərzində dərhal qərarlar qəbul etməlidir. Sosiallaşan və əylənən iştirakçılar digərlərinin istedadlarını kəşf edəcək və öz məqsədlərinə nail olmaq üçün birlikdə çalışmağın yollarını öyrənəcəklər. Oyunu genişləndirmək mümkündür. yəni "Safari" oyunu həm kiçik, həm də böyük qruplar üçündür.

Qiyməti öyrənin