Outbreak - Defeat the Virus

Komandanız kodları oxuyaraq peyvənd yaradıb dünyanı xilas edə bilər?

1 - 2 saat
Qapalı məkanda
Rəqabətcil
12 - Limitsiz

Haqqında

Komandalar maraqlı video izləyirlər. Onlar bildirilir ki, bir neçə ay əvvəl insanların ünsiyyət qurmaq və əməkdaşlıq etmək qabiliyyətini məhv edən sintetik virus aşkar edilmişdir. Video virus əleyhinə peyvənd yaratmağa çalışan beynəlxalq alimlər komandasının faciəvi şəkildə virusa yolxumasından bəhs olunur. Nəticədə, onlar əməkdaşlıq edə bilmirlər, öz nəticələrini kodlaşdırır, gizlədir və kilid altında saxlayırlar.

Komandalar peyvəndi taparaq dünyanı xilas etməyə çalışırlar! Bu yarışmada onlar qutuları açmalı, kodları oxumalı və düzgün DNT nümunələrini analiozatora yerləşdirməlidirlər. İlk qutunu açmaq və yarışa başlamaq üçün videoda laboratoriyanın internet səhifəsinə daxil olmaq barədə göstəriş verilir.

Onlar cəld olmalıdırlar. Otaqdakı ekranda həddən artıq güclü mikroskopun altında virusun canlı təsviri göstərilir. Onlar sintetik virusun təsirindən mutasiyanın baş verməsindən əvvəl peyvəndi tapıb neytral hüceyrələrin yaratdığı əngəli aradan qaldıraraq infeksiyanın yayılmasının qarşısını ala bilərlər?

Öyrənmə nəticələri

"Epidemiya" komanda işi və problemlərin həll olunması qabiliyyətini əyləncəli və rahatladıcı şəkildə gücləndirən əyləncəli və eskperimental oyundur. Uğur əldə etmək üçün effektiv ünsiyyət və fəal şəkildə dinləmə bacarıqları şərtdir.

Oyun ərzində komanda üzvləri bir-birinin fərdi istedadı, gücü və qabiliyyətinin komandanın effektivliyi üçün vacib olduğunu başa düşürlər. Komandalar məhdud vaxt ərzində səmərəli və effektiv şəkildə çalışaraq komanda halında problemlərin həll olunması bacarıqlarını inkişaf etdirirlər.

Qiyməti öyrənin