Music for Us

Xüsusi müsiqi alətləri düzəldin, onlarda ifa edin və bu alətləri başqalarına hədiyyə edin

45 dəqiqə - 1 saat
Qapalı məkanda
Kollektiv
8 - Limitsiz

Haqqında

"Music for Us" musiqinin universal dilindən istifadə edərək maksimum sosial təsirə malik olmaq üçün nəzərdə tutulmuşdur. Bu təsir "BamBooms" adlanan və bizim bütün yaşlarda olan, musiqiçi olmayan şəxslərin musiqi təliminin hər bir mərhələsində əylənməsinə imkan vermək üçün yaratdığımız tək notlu peşəkar alətlərdən başlayır. İştirakçılar məhdud müddət ərzində alət düzəltmək üçün ətraflı təlimatlara əməl edirlər.

Daha sonra, biz musiqi nəzəriyyəsinin əyləncəli əsaslarına enərək musiqi alətinin verilmiş notu nə üçün və necə çıxartdığını, səs aparatının uzunluğunun səsin yüksəkliyi və keyiyyətinə necə təsir etdiyini öyrənməkdən başlayaraq iştirakçılara musiqinin əsas prinsiplərini öyrədirik. Son olaraq, iştirakçılar rəhbərlik altında birlikdə alətlərdə ifa edərək ahəngli və getdikcə yüksələn musiqi ərsəyə gətirirlər.

Öyrənmə nəticələri

Alətlərin düzəldilməsi mərhələsində verilmiş müddət ərzində maksimum alət hazırlamaq məqsədilə iştirakçılar tezliklər məlumat mübadiləsi və əməkdaşlığın gücünü anlayırlar. Rahat mühit içərisində onlar ortaq məqsədə nail olmaq üçün bir-biri ilə ünsiyyət qururlar. Musiqi prosesində iştirak etmək yolu ilə yeni sinir yolları yaranmaqla öyrənmə bacarıqlarını yüksəldir və əhval-ruhiyyəni artırır. Bu əyləncəli və cəlbedici proqram kollektiv xeyriyyəçilik vasitəsilə insanları bir araya gətirir.

Korporativ sosial məsuliyyət nəticələri

Xeyriyyəçilik şəbəkəsi vasitəsilə "Music for Us" musiqi alətlərini qəbul edən uşaqlar musiqi ifa etməyi, xüsusilə, pedaqoji məqsədlər üçün yaradılmış alətdə sadə və əyləncəli şəkildə öyrənməsinə artan təsir göstərə bilər.

Related Testimonial

Music for Us" bizə gözəl hislər yaşatdı. Biz birlikdə alətləri düzəltdik! Biz birlikdə musiqi ifa etməyi öyrəndik! Biz birlikdə töhfə verdik! Biz daha sonra praktikada tətbiq edə biləcəyimiz ruhlandırıcı təcrübəni bölüşdük.

Qiyməti öyrənin