Go Team

Geniş ərazidə GPS əsasında həyata keçirilən fotoşəkil və video yarışları.

1 - 4 saat
Açıq havada
Rəqabətcil / Kollektiv
10 - Limitsiz

Haqqında

Planşetlərdə quraşdırılan "Go Team" tətbiqi komandaları aralıq məntəqələrə yönləndirmək üçün xüsusi köməkçi oxa malikdir. Üzvlər təyinat məntəqəsinə çatdıqda komandalara birlikdə yerinə yetirmələri üçün sual, ipucu və təsvir formasında olan, GPS-ə əsaslanan tapşırıqlar verilir. Komandalar heyrətamiz yarışda irəlilədikcə yeniliklər, geri bildirişlər və xallar real zaman çərçivəsində qeyd olunur. Bazaya qayıtdıqda hər bir komanda yoxlanılır və macəranın əsas məqamlarında bonus missiyalar qazanır.

Kreativ platforma bütün qabiliyyətlərə və ərazi növlərinə uyğunlaşır. "Go Team" oyununun iştirakçılarından hərəkətli şəhər mərkəzi, kələ-kötür yollar, meşələr və hətta su kütlələrində yarışmaq tələb oluna bilər. "Go Team" tətbiqində istənilən sayda komanda iştirak edə, hər bir yarış üçün bərabər məsafələr və marşrutlar təyin oluna bilər. Bu, həssas ərazilərdə sıxlığın yaranmasının qarşısını alır və üzvləri mümkün təhlükəli ərazilərdən uzaq tutmağa kömək edir.

Öyrənmə nəticələri

"Go Team" açıq ünsiyyət və müzakirə üçün şərait yaratdığına görə qrup daxilində ünsiyyəti asanlaşdırmaq və yaxşılaşdırmaq qabiliyyəti ilə məşhurdur. O, münasibətləri və, əvəzində, yerinə yetirilən işin keyfiyyətini yaxşılaşdırır. "Go Team" oyunu, eyni zamanda, hər kəsin öz fikir və ideyalarını sərbəst şəkildə ifadə etdiyi bərabər hüquqlu platforma yaratmaqla, o cümlədən onları yeni tapşırıqları öhdəliyə götürmək üçün maksimum şəkildə ruhlandırmaqla işçilərin motivasiyasını artırır. "Go Team" komandaları öz normal iş mühitlərindən kənara çıxarır və onları kreativ şəkildə düşünməyə ruhlandırır. Normalda birlikdə işləyə bilmədiyiniz şəxslərlə əməkdaşlıq etmək əngəlləri aradan qaldırır, işçilər arasında inam yaradır, kreativ və innovativ şəkildə düşünməyə təşviq edir.

"Go Team" tətbiqində təqdim olunan tapşırıqlar iştirakçıların problemlərin həll edilməsi bacarıqlarını mənimsəməsini təmin edir. Komandalar öyrənirlər ki, onlar qarşıya çıxan çətinliyə baxış bucağını dəyişsələr, prosesi dəyişmək və yaxşılaşdırmaq üçün praktik və satrateji şəkildə düşünsələr, uğursuzluq uğura apara bilər.

Related Testimonial

Siqulda şəhərində təşkil olunmuş "Go Team" tədbirinin iştirakçıları çox böyük əhval-ruhiyyə ilə qayıtdılar. Onlar çox yaxşı hazırlanmış, düşünülmüş və təşkil olunmuş tədbirdən razı qaldılar. Hər kəs nə qədər gəzmək istədiyini və Siqulda şəhərində nə qədər yer görmək istədiyini seçə bilirdi. Hamı müsbət duyğular içərisində idi. Onlar tədbirin təşkilatçılıq səviyyəsi və gözəl keçən gündən razı qalmışdı.

Evija Dreimane
Ernst & Young Baltic

Qiyməti öyrənin