Essence of Excellence

Komandalar ətir düzəldir və kampaniya təşkil edirlər

1 - 2 saat
Qapalı məkanda
Rəqabətcil
4 - Limitsiz

Haqqında

"Essence of Excellence" fəaliyyətində əlkimyagər kimi çıxış edən komandalar ekzotik ekstraktları sınaqdan keçirərək hədəf bazarın diqqətini cəlb edəcək qarışıq hazırlayırlar. Komandalar müzakirələr apararaq hədəf bazardakı atmosferi, sevilən məhsulları və bazarın xüsusiyyətlərini müəyyən edirlər. Komandalar ətriyyatçılığın əsas texnikalarını öyrənir, ətir düzəltmək üçün baza, ortalama və üst "notları" birləşdirirlər. Daha sonra, onlar öz ətirləri üçün effektiv və inandırıcı marketinq kampaniyası hazırlayaraq bütün qrupa təqdim edirlər.


Öyrənmə nəticələri

"Essence of Excellence" fəaliyyətinin mərkəzində müştəri dayanır. Komandalardan xüsusi ətir və kreativ marka ilə hədəf bazarın diqqətini cəlb edə bilmək üçün müştərilərin emosiya və motivasiyalarını anlamaq tələb olunur. Proses ərzində iştirakçıların nəyi necə dərk etdikləri müəyyən edilir və digərləri müqayisə edilir. Bununla hər birimizin unikal və düzgün modeldə fəaliyyət göstərdiyimiz diqqətə çatdırılır. Anlayış hər bir komanda daxilində mədəni boşluqları aradan qaldırır və əlaqələr yaradır IO, həmçinin, müştəriləri və onların yanaşma tərzlərini daha yaxşı başa düşməyə kömək edir.

Related Testimonial

Uzun müddətdir ki, babamın qəlyanı haqqında düşünmürdüm. Bu, heyranedici idi və mən hələ də düşünürəm ki, mənim fikirlərim mədəni amillər və mənşə ilə əlaqədar olaraq digərlərindən fərqlənir.

Price Waterhouse Coopers Services Limited

Qiyməti öyrənin